Banqkok festivalında Azərbaycan rəngarəng proqramla təqdim olunub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 8 dekabr, AZƏRTAC
Taylandın paytaxtı Banqkokda yerləşən “Chindamanee School”da Beynəlxalq Qida və Mədəniyyət Festivalı (International Food and Cultural) keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, ümumilikdə 23 ölkə öz milli mətbəxini və mədəniyyətini nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, Tailandda yaşayan soydaşlarımız Fatimə və Elşən Bənnayevlərin təşəbbüsü ilə təşkil olunan Azərbaycan guşəsi ziyarətçilərin xüsusi marağına səbəb olub. Guşədə milli geyimlər, rəqslər, xalq sənəti nümunələri və zəngin Azərbaycan mətbəxinə aid ənənəvi təamlar təqdim edilib. Gün ərzində qonaqlar Azərbaycan çayına və paxlavasına böyük maraq göstəriblər.
Festival çərçivəsində Azərbaycan mədəniyyətinin rəngarəng şəkildə nümayişi ölkəmizin zəngin irsinin beynəlxalq auditoriyaya tanıdılması istiqamətində önəmli təşəbbüs kimi qiymətləndirilib
Azərbaycanın festivalda uğurlu iştirakı ölkəmizin mədəniyyətinin beynəlxalq aləmdə təşviqi istiqamətində atılan növbəti mühüm addımlardan biri kimi diqqət çəkib.
1 / 2
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















