Banqladeşli iştirakçı: COP29da iştirakımızın məqsədi yeni təcrübələr qazanıb onları ölkəmizdə tətbiq etməkdir AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 noyabr, AZƏRTAC
Mən Banqladeşdən gəlmişəm. Təmsil etdiyim qurum Banqladeşdə qeyri-hökumət təşkilatları ilə işləyir. COP29-da iştirakımızın əsas məqsədi iqlimlə bağlı danışıqlarda iştirak etmək və yeni təcrübələr qazanıb onları ölkəmizdə tətbiq etməkdir.
Bu barədə AZƏRTAC-a banqladeşli COP29 iştirakçısı Syed Aminul Hoque deyib.
O qeyd edib ki, tədbir ölkələrində sahilyanı ərazidə yaşayan və iqlim dəyişmələrindən əziyyət çəkən insanlar üçün maliyyə dəstəyini də ehtiva edir.
“Biz COP29 çərçivəsində keçirilən yan tədbirlərə qatıldıq, müzakirələrdə iştirak etdik. Banqladeş sahilyanı ölkədir və əhalinin 50 milyondan çoxu sahilyanı ərazilərdə yaşayır. Onlardan 20 milyonu müxtəlif təbii fəlakətlərdən, o cümlədən su səviyyəsinin qalxması və siklonlardan əziyyət çəkir ki, bununla da insanlar məcburi köçkünlərə çevrilirlər. İqlim maliyyəsi olmasa biz öz iqlim hədəflərimizə nail ola bilməyəcəyik. Maliyyədən əlavə, vədləri yerinə yetirmək lazımdır, əgər pul yatırılırsa, amma öhdəlik yerinə yetirilmirsə, lazımi nəticə əldə olunmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















