Icma.az
close
up
RU
Özbəkistanlı iştirakçı: COP29da səkkiz ölkənin nazirləri bizim bəyanatı imzaladılar AZƏRTAC

Özbəkistanlı iştirakçı: COP29da səkkiz ölkənin nazirləri bizim bəyanatı imzaladılar AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Özbək nümayəndə heyəti olaraq, biz buraya Özbəkistanda, Səmərqənddə hazırladığımız bəyanatımızı səkkiz ölkədən olan gənclərin iştirakı ilə imzalamaq üçün gəldik. Bunlar - Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Macarıstandır. Bu bəyanatı hazırladıqdan sonra COP29-da iştirak etmək üçün Bakıya gəldik ki, bu ölkələrin nazirləri də həmin sənədi imzalasınlar.

Bu barədə AZƏRTAC-a Özbəkistandan olan COP29 iştirakçısı Nazokat Kalnazarova məlumat verib.

“Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkiyədən birinci xanımların iştirak etdiyi tədbir keçirildi. Orada təqdimatımızı nümayiş etdirdikdən sonra həmin ölkələrin nazirləri bəyanatımızı imzaladılar. İndi bu hərəkətlərin hamısı, bəyanatımızda yazdığımız bütün təkliflər həmin səkkiz ölkədə də işlənib hazırlanacaq. Ümid edirəm ki, Braziliyada keçiriləcək növbəti COP sammitində biz hamımız bu il ərzində öz fəaliyyətimizi və səylərimizi müzakirə etmək üçün yenidən bir araya gələcəyik”, -deyə özbəkistanlı iştirakçı əlavə edib.

İqlim dəyişikliyi ilə bağlı problemlərin fəal şəkildə təbliğində və həllində gənclərin mühüm rolunu qeyd edən Nazokat Kalnazarova bildirib ki, COP29 bunun üçün əvəzsiz platformadır. O vurğulayıb: “Ümumiyyətlə, hesab edirəm ki, gənclər bu məsələlərdə çox fəal olmalıdırlar. İqlim dəyişikliyi ilə mübarizə üçün gənclərin təşəbbüs və fəaliyyətlərinə böyük ehtiyac var. Gənclərin səsi eşidilməlidir, çünki biz iqlim dəyişikliyinin nəticələri baxımından ən həssas kateqoriyayıq. Ona görə ki, məsələn, 30 ildən sonra bəlkə də indiki liderlər olmayacaq və ola bilər ki, lider biz olacağıq. Sonra özümüz də bu problemlərlə üzləşəcəyik. Ona görə də gənclərin səsi çox önəmlidir. COP29-da bunun üçün hər cür şərait yaradılıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri