Baqs Banninin “səsi” öldü
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Warner Bros.” studiyasının məşhur “Looney Tunes” cizgi filmində bir çox personajları səsləndirmiş dublyaj aktyoru Erik Bauza 46 yaşında vəfat edib.
“Qafqazinfo” “Variety” nəşrinə istinadən xəbər verir ki, ölümün səbəbi hipertonik ürək xəstəliyi olub.
Ailəsi aktyorun ölüm faktını təsdiqləyib.
Qeyd edək ki, 1979-cu ildə Torontoda anadan olmuş Erik Bauza karyerasına personaj rəssamı kimi başlasa da, sonradan dublyaja keçib və Hollivudun ən çox tələb olunan mütəxəssislərindən birinə çevrilib. 25 illik karyerası ərzində 400-dən çox layihədə çalışan aktyor 2022-2025-ci illər arasında bir neçə serialdakı səsləndirmələrinə görə üç dəfə “Emmi” mükafatına layiq görülüb.
O, məşhur “Looney Tunes” cizgi filmində Baqs Banni, Daffi Dak, donuz Porki, quş Tvit, pişik Silvestr və digər personajları səsləndirib. Onun səsi həmçinin “Avatar: Aanq haqqında əfsanə”, “Rik və Morti”, “Çəkməli Pişiyin macəraları” cizgi seriallarında və “Ulduz müharibələri” animasiya layihələrində yer alıb.
Baxış sayı:134
Bu xəbər 26 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















