Icma.az
close
up
RU
Barbadoslu nazir: COP29da inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün mühüm qərarlar verilməlidir AZƏRTAC

Barbadoslu nazir: COP29da inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün mühüm qərarlar verilməlidir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün mühüm qərarlar verilməlidir.

Bu sözləri Barbadosun baş nazirlik ofisinin naziri Şantal Munro-Nayt AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, COP29-da əsasən maliyyə məsələləri üzərində razılığa gəlmək çox vacibdir. "COP29-un uğurlu olmağı üçün biz “Yeni Kollektiv Kəmiyyət Məqsədi” ilə bağlı qərar qəbul etməliyik. Kiçik ada dövlətlərinin inkişafına dəstək göstərilməsi prioritetlərimizdən biridir. Biz ölkəmizdə qarşılaşdığımız problemləri həll etmək üçün kifayət qədər maliyyə resursları əldə etməliyik”, - deyə nazir bildirib.

Şantal Munro Nayt bildirib ki, inkişaf etmiş ölkələrin Paris Sazişi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməsi, xüsusilə kiçik və inkişaf etməkdə olan dövlətlər üçün maliyyə təminatının ayrılması COP29-da həlledici əhəmiyyət daşıyır: “Bu, bizim vətəndaşlarımıza lazım olan dəstəyi çatdırmaq üçün vacib olacaq”, - deyə o qeyd edib.

Nazir Azərbaycan hökumətinin COP29 təşkilatçılığını yüksək qiymətləndirərək əlavə edib ki, Azərbaycan COP-un səmərəli keçməsi üçün müxtəlif təşəbbüslərlə çıxış edir:

“Məsələn, əsas nümayəndə heyətlərini bir araya gətirmək üçün xüsusi təlimlər təşkil edilməsi COP29 müzakirələrinin irəliləməsinə töhfə verib. Tam əminəm ki, Azərbaycan hökuməti nəticə əldə etmək üçün əlindən gələni edəcək və bu, ölkələrimiz üçün vacibdir”, - deyə nazir bildirib.

Şantal Munro Nayt həmçinin Azərbaycanın iqlim dəyişikliyinə uyğunlaşmaq və sıfır karbon emissiyasına nail olmaq yolunda bir sıra uğurlu modellərə sahib olduğunu bildirib: "Azərbaycan bu sahədə xeyli irəliləyiş əldə edib və bu təcrübələrdən öyrənməyi, onları Barbados kimi kiçik dövlətlər üçün tətbiq etməyi gözləyirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri