Icma.az
close
up
RU
İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsünə dair beynəlxalq tədbir keçirilib AZƏRTAC

İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsünə dair beynəlxalq tədbir keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi və “Henley and Partners” şirkətinin birgə təşkilatçılığı ilə “İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsü” adlı beynəlxalq tədbir uğurla baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd COP29-un iqlim maliyyələşdirilməsi üzrə əsas mövzularını müzakirə etmək, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) və digər həssas ölkələrin dayanıqlıq təşəbbüslərinə investisiyaların cəlb edilməsində rol oynamaq, bioloji müxtəlifliyi qorumaq, innovativ maliyyə səfərbərliyi strategiyalarını irəli sürmək və iqlim dəyişikliyinin pisləşən qlobal təsirlərinə qarşı kollektiv məsuliyyəti gücləndirmək olub.

Tədbiri “Qlobal Humanitar Təşəbbüslər” (HGI) təşkilatının direktoru Enola-Qey Edvard açıb. O, iqlim maliyyəsinin əhəmiyyətini vurğulayaraq beynəlxalq ictimaiyyətin inkişaf etməkdə olan ölkələrə dəstəyinin zəruriliyini önə çəkib və maliyyə resurslarının artırılmasının vacibliyindən bəhs edib.

Nauru Respublikasının iqlim dəyişikliyi və milli davamlılıq naziri Asterio Appi çıxışında Naurunun iqlim dəyişikliyinə qarşı mübarizədə yaşadığı çətinliklərdən və bu sahədə innovativ maliyyə mexanizmlərinin əhəmiyyətindən söz açıb. O, bu maliyyə təşəbbüsünün, həmçinin Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramının Cənubi Sakit Okean regionunda davamlılıq layihələrinə və ekosistemlərin qorunmasına dəstək baxımından əhəmiyyətli olduğundan bəhs edib.

Tədbirdə növbəti çıxışı Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramı Ofisinin uyğunluq direktoru İsa Seouya edib. O, vətəndaşlıq proqramlarının davamlılıq təşəbbüslərinə dəstək üçün təmin etdiyi maliyyə imkanlarından bəhs edib, proqramın sadələşdirilmiş yolla həm Nauru, həm də ekoloji davamlılığa investisiya cəlb edərək töhfə verdiyini qeyd edib.

Maldiv Respublikasının sabiq prezidenti və Həssas İqlim Forumunun Baş katibi Məhəmməd Naşid çıxış edərək, kiçik ada dövlətlərinin qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə daha böyük maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrə maliyyə yardımlarını artırmasının vacibliyindən danışıb və kiçik ada dövlətlərinin üzləşdiyi iqlim təhdidlərinə diqqət çəkib.

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin sədr müavini Cabir Süleymanlı çıxışında qeyd edib ki, Prezident İlham Əliyev də inkişaf etməkdə olan kiçik ada dövlətlərinə Azərbaycanın dəstək göstərməsini mənəvi borc hesab edir. O, Azərbaycanın bu ölkələrə həm maddi, həm də siyasi dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini qeyd edib. Sədr müavini, həmçinin bildirib ki, Azərbaycanın COP29-a sədrliyi dövründə kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilir və onların səsinin yüksək səviyyədə eşidilməsi təmin edilir. O qeyd edib ki, bu yanaşma Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə və əməkdaşlığa verdiyi önəmi göstərir.

Tədbirin sonunda jurnalistlər üçün sual-cavab sessiyası keçirilib və müzakirə olunmuş mövzulara dair suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see148

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see145

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see137

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see131

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see131

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see130

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see121

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see118

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see118

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri