Icma.az
close
up
RU
Barbara Yanuş Pauletta: Azərbaycan regionda əsas tərəfdaşlarımızdan biridir

Barbara Yanuş Pauletta: Azərbaycan regionda əsas tərəfdaşlarımızdan biridir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Aqrar Tədqiqatlar Mərkəzində (ATM) Beynəlxalq Suyun İdarəolunması İnstitutunun (IWMI) Özbəkistan üzrə ölkə təmsilçisi, eləcə də institutun Mərkəzi Asiya üçün Regional Ofisinin rəhbəri xanım Barbara Yanuş-Pauletta ilə görüş keçirilib. Görüş zamanı qurumlar arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki,

ATM-in direktorunun müavini Namiq Şalbuzov Mərkəzin fəaliyyət istiqamətləri, Azərbaycanın kənd təsərrüfatı, kənd təsərrüfatında suvarma infrastrukturu, su ehtiyatları və suvarma sistemləri haqqında geniş məlumat verib. O, hazırda ölkədə kənd təsərrüfatı məhsullarının böyük hissəsinin suvarılan ərazilərdə istehsal edildiyini, bununla əlaqədar olaraq suvarma sistemlərinin yenilənməsinə, suvarma suyundan istifadə sahəsində daha effektiv monitorinq sisteminin tətbiqinə, suvarma sistemlərinin idarə edilməsində innovativ yanaşmaların tətbiqinə ehtiyacın olduğunu qeyd edib.

Barbara Yanuş-Pauletta da öz növbəsində IWMI-nin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq prioritetləri haqda geniş məlumat verib. IWMI-nin fəaliyyət zonasını Cənubi Qafqaza doğru genişləndirmək niyyətində olduğunu bildirən qonaq qeyd edib ki, Azərbaycan bu baxımdan regionda əsas tərəfdaşlardan biri kimi qiymətləndirilir.

Qarşılıqlı məlumat mübadiləsi şəraitində keçən görüşün sonunda Azərbaycanda su ehtiyatlarının dayanıqlı idarəedilməsi ilə bağlı strategiyanın hazırlanması, təcrübə və bilik mübadiləsi, təlim və seminarların təşkili və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Qeyd edək ki, IWMI 1984-cü ildə yaradılıb və hazırda dünyanın su problemləri üzrə aparıcı elmi-tədqiqat müəssisələrindən biridir. Eyni zamanda, IWMI Beynəlxalq Kənd Təsərrüfatı Elmi Tədqiqat Mərkəzləri Konsorsiumunun (CGIAR) üzvüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri