Icma.az
close
up
RU
“Barbarisso”dan özbaşınalıq: yolu bağlayıb, “bu yer alınıb” deyirlər

“Barbarisso”dan özbaşınalıq: yolu bağlayıb, “bu yer alınıb” deyirlər

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda obyekt qarşısında ümumi istifadədə olan ərazinin qanunsuz şəkildə zəbt edilməsi ilə bağlı növbəti narazılıq səsləndirilib.

Redaktor.az-a müraciət edən vətəndaş bildirib ki, paytaxtın Port Baku ərazisi yaxınlığında, Neftçilər prospekti 145 ünvanında yerləşən “Barbarisso” uşaq salonunun qarşısında yolun bir hissəsi xüsusi maneələrlə bağlanıb. Şikayətçinin sözlərinə görə, obyektin qarşısına maneələr düzülərək yalnız salon müştərilərinin avtomobil saxlaya bilməsi üçün şərait yaradılıb. Halbuki həmin ərazi rəsmi parklanma yeri deyil, ümumi istifadədə olan küçə hissəsidir. Vətəndaş qeyd edib ki, özünü "parklanma işçisi" kimi təqdim edən şəxs ona həmin yerin obyekt sahibləri tərəfindən “alındığı” və bu yerin müştərilər üçün olduğunu bildirib.

Bəs küçənin ümumi istifadədə olan hissəsinin hansı əsasla şəxsi istifadəyə verilməsi mümkündür və bununla bağlı hansısa qanun mövcuddurmu?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, ümumi istifadəyə məxsus olan ərazinin süni şəkildə məhdudlaşdırılması hüquqi suallar doğurur və mövcud qanunvericilik baxımından belə halların əsaslandırılması kifayət qədər çətindir:

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən küçə və yollar, o cümlədən onların kənarında yerləşən parklanma yerləri ümumi istifadədə olan nəqliyyat infrastrukturunun tərkib hissəsidir və bu sahələrin hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən özəl istifadəyə verilməsi yalnız müvafiq dövlət orqanlarının qərarı və qanuni əsaslarla mümkündür. Xüsusilə şəhər daxilində parklanmanın təşkili, idarə olunması və istifadəsi məsələləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tənzimlənir və bu ərazilərdə hər hansı obyekt sahibinin özbaşına maneələr qoyaraq parklanmanı məhdudlaşdırması qanunsuz hesab olunur. Qanuna görə, yalnız xüsusi təyinatlı yerlər məsələn, əlillər üçün ayrılmış yerlər, dövlət qurumlarına məxsus xidməti dayanacaqlar və ya müvafiq icazə ilə təşkil edilmiş ödənişli parklanma zonaları istisna təşkil edə bilər, lakin belə hallarda belə ərazi açıq şəkildə nişanlanmalı və hüquqi əsas sənədlərlə təsdiqlənməlidir. Obyekt sahiblərinin “bu yer alınıb” kimi iddiaları hüquqi baxımdan əsassızdır, çünki küçənin bir hissəsinin alqı-satqısı və ya özəlləşdirilməsi qanunla mümkün deyil; yalnız icarə və ya istifadə hüququ müəyyən prosedurlar çərçivəsində verilə bilər ki, bu da mütləq rəsmi qərar və şəffaf mexanizmlərlə həyata keçirilməlidir. Əks halda, vətəndaşların ümumi istifadədə olan sahələrdən istifadəsinin məhdudlaşdırılması onların hüquqlarının pozulması hesab olunur və bu kimi hallarla bağlı vətəndaşlar aidiyyəti qurumlara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, yerli icra hakimiyyətinə və ya polis orqanlarına müraciət edərək qanunsuz maneələrin aradan qaldırılmasını tələb edə bilərlər, belə hallar inzibati məsuliyyət yarada və qanunsuz quraşdırılmış fiziki maneələrin sökülməsi ilə nəticələnə bilər".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Aprel 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri