Barışmaz düşmənlərin ORTAQ ARZUSU: “Onlar Zəngəzur dəhlizinin açılmasını istəmirlər” Yeni Çağ Media
Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.
“Suriya və Zəngəzur dəhlizində İranla ABŞ mövqeləri üst-üstə düşsə də, ABŞ İranı bitirmək istəyəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olması və rəsmi Tehranın buna mane olacaqlarını bəyan etməsindən danışan analitikin sözlərinə görə, İran Zəngəzur dəhlizi məsələsində Rusiyaya qarşıdır:
“Dəhlizin açılmasında Rusiyanın maraqları var. Zəngəzur dəhlizi ilə Rusiya Yaxın Şərqə nəqliyyat yolu açmaq istəyir. İranın bu etirazı həm də bir neçə gün əvvəl strateji müttəfiqlik müqaviləsi imzaladığı Rusiyaya qarışdır.
ABŞ isə Rusiyanı da nəzərdə tutaraq Zəngəzur dəhlizinin açılmasını istəmir. ABŞ İranı sıradan çıxaracaq. Ondan sonrakı hədəfi isə Rusiya olacaq. Ona görə də ABŞ bu dəhlizin açılmasını istəmir. Yəni Suriya və Zəngəzur dəhlizində İranla ABŞ-nin mövqeləri üst-üstə düşsə də, Birləşmiş Ştatlar İranı bitirmək istəyəcək”.
Səxavət Məmməd
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















