Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

“Barokko sənətinin 340 illik irsi: ustadlara ehtiram”

“Barokko sənətinin 340 illik irsi: ustadlara ehtiram”

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu günlərdə musiqi tarixinin ən işarəvi və əzəmətli dövrünə həsr olunmuş mədəni baxımından yüksək dəyər yüklü bir müsabiqə reallaşdırıldı. Müsabiqəyə “Barokko ustadları – 340” adı verilmişdi. Bu ad təsadüfi seçilməmişdi; musiqi bilicilərinə yaxşı məlumdur ki, 2025-ci il İohann Sebastyan Bax, Georq Fridrix Hendel və Cüzeppe Domeniko Skarlattinin anadan olmalarının 340 illiyi ilə əlamətdardır. Odur ki, “Barokko ustadları” I Respublika müsabiqəsi də məhz barokko dövrünün yuxarıda adıçəkilən öncül bəstəkarlarının yubileyinə ərmağan idi. Müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası dəstəyi və BMA-nın İxtisas musiqi məktəb-studiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuş, 16 noyabr – 17 dekabr tarixlərini əhatə etmişdir.

Barokko musiqisi müasir kontekstdə orijinallıq və interpretasiya dərinliyi axtaran musiqiçilər və dinləyicilər üçün daim diqqət mərkəzindədir. Bəs bu mənada müsabiqənin əhəmiyyəti nədən ibarətdir? Gəlin ilkin musiqi biliklərimizin təməlinin qoyulduğu zamana yollanaq. Yəqin ki, hər kəs məktəb təhsilinin ilk illərində musiqi tarixinin barokko mərhələsini təmsil edən bir bəstəkarın əsərini ifa etmişdir. Əgər nəzərə alsaq ki, musiqi təhsili beyin inkişafının müxtəlif aspektlərini təkmilləşdirir, o zaman barokko repertuarına müraciətin təhsilin erkən illərindən nə dərəcədə lazımlı olduğunu anlamaq çətin olmaz; beyin eyni anda bir neçə informasiya növünü emal etməyə alışır. Beləliklə, dinamik diqqət və konsentrasiyanın inkişaf etdirilməsi, ayrı-ayrı fraqmentlərdə ornamentasiyanın yerində tətbiqi üçün yüksək hazırlılığın əldə olunması, yaddaşın idarə olunması və s. kimi vacib proseslər formalaşır. Bu baxımdan belə bir müsabiqənin təşkil olunmasının təşəbbüskarı olmaq yenə də Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun yaratdığı və ömrünün son günlərinədək rəhbərlik etdiyi BMA-nın İxtisas musiqi məktəb-studiyasının öhdəliyinə düşdü. Axı Məktəb-studiya yarım əsrə yaxındır ki, yeni musiqi ideyalarının doğulduğu, sınandığı və səmərəli tətbiqinin təmin edildiyi bir mərkəz kimi fəaliyyət göstərir. Artıq 45 ildir ki, bu təhsil ocağı öz quruluşu etibarilə unikaldır. Hər şeydən öncə, burada musiqi təhsil sahəsi üçün daim önəmli ideyalar doğulur, tətbiq olunur, daha sonra isə respublikanın digər məktəblərinə inteqrasiya olunur.

“Barokko ustadları – 340” I Respublika müsabiqəsi 3 yaş qrupu üzrə 2 mərhələdə (I mərhələ – seçim mərhələsi) fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, vokal nominasiyaları üzrə keçirilmişdir. I mərhələyə seçim iştirakçıların müsabiqəyə qatılmaq üçün təqdim etdikləri proqramın videoçəkilişinin “YouTube” saytına yerləşdirilməsi yolu ilə aparılmışdır. II mərhələ isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutmuşdur. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilmiş və “Barokko ustadları – 340” I Respublika müsabiqəsinin laureatı yaxud diplomantı adına layiq görülmüşlər. Onların müəllimləri isə müvafiq olaraq təşəkkürnamə ilə təltif olunublar

.

Bütün nominasiyalar üzrə iştirakçıların üç əsərdən ibarət proqram təqdim etməsi əsas şərtlərdən idi. Proqramın əsasını barokko musiqisinin sütunları sayılan G.F.Hendel və İ.S.Baxın yaradıcılığından seçilmiş əsərlər təşkil edirdi. Yalnız fortepiano nominasiyasında 3-cü əsər kimi C.D.Skarlattinin yaradıcılığına müraciət olunması tələblərə daxil idi. Simli alətlər, nəfəs və zərb alətləri, vokal nominasiyaları üzrə üçüncü əsərin seçimi isə barokko dövrünün digər görkəmli bəstəkarlarının irsindən sərbəst şəkildə müəyyən olunurdu. Bu isə öz növbəsində iştirakçılara öz musiqi zövqlərini, fərdi yanaşmalarını nümayiş etdirmək imkanını yaratmışdır. Eyni zamanda ifaçılar barokko musiqisinin zəngin ornament dünyasına, polifonik təfəkkürün incəliklərinə və formanın daxili məntiqinə yaxınlaşmaqla musiqi düşüncəsinin dərinliyini, interpretasiya yetkinliyini və emosional ifadə qabiliyyətini sərgiləməyə müyəssər olurdu. Eyni zamanda gənc ifaçıların təqdim etdiyi interpretasiyalar bu iki zaman qatının – klassik irs və çağdaş pedaqoji düşüncənin – harmoniyasını nümayiş etdirirdi.

Qeyd etmək lazımdır ki, müsabiqəyə paytaxt Bakıda yerləşən musiqi məktəbləri və ali təhsil ocaqları ilə yanaşı, Xankəndi, Sumqayıt, Gəncə, Quba, Neftçala, Qubadlı, Şirvan, Ağdaş, Şəki, Biləsuvar, Qobustan və s. kimi rayon və şəhərlərdən 100-ə yaxın iştirakçı qatılmışdır. Belə ki, fortepiano nominasiyasında I yaş qrupu üzrə 3, II yaş qrupu 5, III yaş qrupu üzrə isə 2 nəfər olmaqla ümumilikdə 10 iştirakçı laureat adına layiq görülüb. Simli alətlər nominasiyasında I və II yaş qrupları üzrə ayrı-ayrılıqda 1 nəfər, vokal nominasiyasında isə III yaş qrupu üzrə cəmi 1 nəfər laureat adını qazanıb. Nəfəs və zərb alətləri nominasiyası üzrə heç bir iştirakçı laureat olmamışdır. Ümumilikdə gərgin rəqabət şəraitində keçən müsabiqənin qiymətləndirilmə prosesi münsiflər tərəfindən olduqca şəffaf və obyektiv şəkildə aparılmışdır.

Müsabiqənin münsiflər heyəti Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Qarabağ Universitetinin professor və müəllimlərindən ibarət idi. Münsiflər heyətinin sədri – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, həmsədri – AR Əməkdar müəllimi, BMA-nın tədris işləri üzrə prorektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, sədr müavini – BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova olmuşdur. Üzvlər arasında Ü.Hacıbəyli adına BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, AR Xalq artisti, professor Yusif Axundov, BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova, BMA-nın dosenti, AR Əməkdar müəllimi Firəngiz Hacıyeva, BMA-nın dosenti, AR Əməkdar artisti Fikrət Məmmədov, BMA-nın “Solo oxuma” kafedrasının dosenti Sevda Məmmədova, BMA-nın “İxtisas fortepiano” kafedrasının dosenti, AR Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədli, İxtisas musiqi məktəb-studiyasının tədris işləri üzrə direktor müavini Nərminə Əliverdi-zadə, AR Əməkdar müəllimi və İxtisas musiqi məktəb-studiyasının pedaqoqu Ayşa Əliyeva, İxtisas musiqi məktəb-studiyasının “Orkestr alətləri” şöbəsinin müdiri, dosent Gülnarə Quliyevanı qeyd etmək olar. Müsabiqənin məsul katibləri İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva, İxtisas musiqi məktəb-studiyasının baş metodisti Natəvan Fərzəliyeva olmuşdur. Qarabağ Universitetindən dəvət olunmuş münsiflər isə Əməkdar müəllim, dosent Nərgiz Mansurova, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Murad Abasov idi.

“Barokko ustadları – 340” I Respublika müsabiqəsi həm tarixi irsə ehtiramın, həm də müasir musiqi təhsilinin yüksək səviyyədə təşkilinin bariz nümunəsi kimi bu il yubileyini – yaranmasının 45 illiyini qeyd edən İxtisas musiqi məktəb-studiyasının əhəmiyyətli layihələri sırasında öz layiqli yerini tutmağa müyəssər oldu.

Günay Məhyəddinli

BMA-nın Məktəb-studiyasının elmi işçisi, musiqişünas   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri