Icma.az
close
up
RU
Barsa” La Liqanın qərarından qəzəbləndi

Barsa” La Liqanın qərarından qəzəbləndi

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Joan Laporta La Liqanı “Barselona”da sabitliyi pozmağa çalışmaqda ittiham edib. SİA xəbər verir ki, klub prezidenti La Liqaya ən qəti şəkildə etiraz edəcəklərini bildirib.

“Bizi Madriddə “Atletiko”ya qarşı final gözləyir , ümid edirəm ki, bu möhtəşəm tamaşa olacaq. Onların bu cür mübahisələri qızışdırmaq üçün danışmaları təsadüfi deyil. Bu, komandamızı sabitsizləşdirmək üçün növbəti cəhddir. “Barsa”nın prezidenti kimi buna icazə verə bilmərəm. Klubumuzun maraqlarını müdafiə etməyə, oyunçularımızı və azarkeşlərimizi qorumağa davam edəcəyəm.

Hüquq departamenti La Liqanın müraciətini hərtərəfli təhlil etdikdən sonra klub cavab verəcək. Biz “Barselona”nın maraqlarını qorumaq üçün ən qəti şəkildə cavab verəcəyik”, – klub prezidenti bildirib.

Xatırladaq ki, yanvar ayında Kataloniya klubu Yaxın Şərqdən olan investorlarla “Kamp Nou”da 30 ilədək müddətə 475 oturacaq satmaq üçün müqavilə bağlamışdı .

Bildirilib ki, VİP yerlərin satışından əldə olunan gəlir “Barselona”ya 1:1 qaydasına nail olmaq və həmçinin “ Kamp Nou” nun yenidən qurulması üçün investorlara olan borcun “əhəmiyyətli hissəsini” ödəməyə imkan verib. Sövdələşmənin kluba 100 milyon avro qazandıracağı barədə də məlumat var idi.

Müqavilə həmçinin, La Liqanın etirazlarına baxmayaraq, Kataloniya klubuna mövsümün ikinci yarısı üçün Dani Olmo və Pau Viktoru imzalamağa icazə verdi. Ali İdman Şurası (CSD) kluba müvəqqəti olaraq oyunçuların heyətə daxil edilməsinə icazə verib.

Lakin bu yaxınlarda məlum oldu ki, “Barsa”nın auditoru hələ də “Kamp Nou”da VİP yerlərin satışından əldə olunan 100 milyon avronun La Liqa üçün hesabata daxil edilməsini təsdiq etməyib. Bu olmasa, klubda transfer və müqavilənin uzadılması ilə bağlı problemlər yarana bilər.

La Liqa bu gün “Barselona”nın maliyyə “feyr-pley” problemləri ilə bağlı açıqlama yayıb. Xüsusilə də qeyd olunur ki, klubun Olmo və Viktoru qeydiyyatdan keçirməsi üçün heç bir əsas yoxdur. Kataloniyalıların heyətinə xərcləmə limiti yenidən azaldılıb.

Bu gün “Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçını səfərdə “Atletiko” ilə qarşılaşacaq. İlk görüş 4:4 hesabı ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 06:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri