Icma.az
close
up
RU
Barsa titulu qorudu, “Real” problemlər içində batdı

Barsa titulu qorudu, “Real” problemlər içində batdı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Barselona” yenə çempion oldu. Titulu qorumaq heç də adi hadisə deyil.
"Football-plus.az" xəbər verir ki ,məsələn, “Real” bunu sonuncu dəfə 2007/08 mövsümündə - Bernd Şusterin dönəmində bacarıb. Bəli-bəli, artıq 18 ildi “ağ şimşəklər” ardıcıl iki dəfə çempion ola bilmir.
“Barsa” son mövsümdə həm də çempionun Superkuboku qazana bilməməsi ilə bağlı 10 illik lənəti götürdü. O başqa məsələ ki, Flikin komandası ölkədaxili yarışlarda trebl edə və ÇL-də yarımfinala çıxa bilmədi. Hər iki halda kataloniyalıların qarşısını “Atletiko” kəsdi. Əslində bu qələbələr “hindular”a da heç nə gətirmədi; kubokun finalında və ÇL-in yarımfinalında uduzdular.
Qalan komandalardan “Atletiko”nu 3-cü pillədən sıxışdıran “Vilyarreal”ın və sonuncu dəfə ÇL-də 20 il əvvəl görünən “Betis”in tərəqqisini qeyd etməliyik. UEFA-nın yeni sistemi sayəsində “xiyarlar” ora 5-ci yerin sahibi kimi qatılacaq. Basklar son mövsümdə zəif təsir bağışladı.
“Atletik” finişə turnir cədvəlinin aşağı hissəsində çatdı. “Real Sosyedad” uzun müddət təhlükəli zonada qərarlaşsa da, məşqçi dəyişikliyindən sonra kuboku, deməli, həm də Avropa Liqasına vəsiqə qazandı. La Liqanın son mövsümünün maraqlı cəhətlərindən biri kimi elitada qalmaq uğrunda gedən gərgin mübarizəni də vurğulamaq olar.
İspaniya klubları avrokubokların ötən mövsümündə parlaq çıxış sayəsində ÇL-ə 5-ci vəsiqəni də qazandılar. Həmin vəsiqə “Betis”ə çatdı. Turnirə qalan vəsiqələrin bölgüsü baxımından qeyri-adi nəsə olmadı. “Sevilya”, “Valensiya” və “Atletik”in böhranı fonunda 4-cü vəsiqə yenidən “Vilyarreal”a çatdı. “Sarılar” yalnız son turda “Atletiko”nu darmadağın etməklə 3-cü pilləni ələ keçirdi.
“Betis” bütün ilk dövrə boyunca “Espanyol”la 5-ci yer uğrunda mübarizə apardı, ancaq kataloniyalılar fiasko ilə üzləşdiyindən vaxtından əvvəl ÇL-ə vəsiqə qazandı. “Atletiko” mövsümün əvvəlində kiçik böhran yaşasa da, ondan çıxa bildi. Ancaq fikrini daha çox ölkə kuboku ilə ÇL-ə yönəltdi ki, həmin turnirlərdə də hədəfə çata bilmədi. “Hindular” ənənəvi problemdən əziyyət çəkir – güclərini bütün turnirlərdə bərabər bölə bilmirlər, baxmayaraq ki, ehtiyat oyunçular skamyası da məhdud deyil.
Bəs “Real”? Madrid nəhəngi rəhbərliyinin və komandadaxili münaqişələrin qurbanı oldu. Valverde ilə Çuameninin əlbəyaxa davası tortun üstündəki albalı idi. Prezident Florentino Peres əvvəlcə şəxsən Xabi Alonsoya etimad göstərsə də, ilk problemlərdən sonra qorxaqcasına yaxasını kənara çəkdi və hadisələri öz axarına buraxdı. Yəni prezident uzunmüddətli layihəni dəstəkləmək əvəzinə futbolçuların tərəfini tutdu. Alvaro Arbelo Zidan ola bilmədi, bu üzdən nəticə qanunauyğundu.
“Barsa”, sadəcə, statusunu təsdiqlədi. Flik işlək sxemləri dəyişmədi. Bu komandadakı 3-cü mövsümdə alman mütəxəssisdən artıq ÇL-də qələbə gözləyəcəklər. Onsuz da “Real” qeyri-adi nəsə göstərməsə, çempionluq da kataloniyalıların cibindədi.
İkinci “5-liy”in əsas kəşfi “Real Sosyedad”dı. Pelleqrino Materatsinin baş məşqçi postuna gəlişi müvəqqəti qərar kimi görünsə də, o, komandanı turnir cədvəlində yuxarı pillələrə qaldırmaqla yanaşı, ölkə kubokunu da qazandı.
“Valensiya” da qəfil parladı. Yalnız və yalnız cədvəlin ortasındakı sıxlıq hesabına. “Yarasalar” mövsümün sonuncu turunun ardından avrokuboklara vəqiqə qazana və ya təhlükəli zonada qərarlaşa bilərdilər. Ancaq sonda doqquzuncu oldular. Bu komandanın hər xəttində problemlər var. Sadəcə, güclənmək üçün pul da yoxdu, ilk növbədə yeni stadionun tikintisi başa çatmalıdı.
Ardıcıl 2-ci mövsüm avrokuboklara vəsiqə qazanan “Selta” azarkeşlərini sevindirdi. Aspas nə qədər qoca olsa da, qalisiyalıları çiynində daşımaqdadı.
Serxio Ramos “Sevilya”da olmayacaq. Klubun yetirməsinin boss kimi dönüşü ilə bağlı gözəl nağıl acı sonluqla bitdi. Seviyalılar oyunçunun adından danışıq aparanları qınayır, guya onlar birtərəfli qaydada müqavilə şərtlərini dəyişib və daha az pul təklif edib. Əndəlüslər yalnız son tur ərəfəsində elitadan yuvarlanmaqdan canını qurtardı.
Klubun maliyyə problemləri həll oluna qədər hansısa yüksək hədəflərdən danışmağa dəyməz. “Alaves” və “Elçe” azarkeşlərinə nikbinlik bəxş etdi. Əsasən də birinci dövrədəki çıxış sayəsində. “Espanyol” isə məyus etdi. Dekabrın ortalarında “tutuquşular” fiasko yaşadı.
Təsəvvür edin ki, komanda ardıcıl 19 oyunda qələbə qazana bilmədi. Kataloniyalılar sonda dirçəldi, elitada yerini qorudu, hətta 11-ci pilləyə yüksəldi, ancaq futbolçuların psixoloji problemləri üzərində çalışmaq lazımdı. Mövsümün daha bir uğursuzu “Atletik”di. Yəqin ki, Niko Uilyamsı buraxmaq lazım idi. Gənc istedad son mövsümdə oynamaqdan daha çox müalicə olundu.
Mövsümün sonuna bir neçə tur qalmış belə görünürdü ki, elitada yerini məhz əvvəlki mövsümdə olanlaq qoruyacaq, “Elçe”, “Levante” və “Ovyedo” isə yenidən sequndaya yuvarlanacaq. Valensiyanın hər iki təmsilçisi qeyri-adi sprut hesabına “Malyorka” və “Jirona”nı qabaqladı.
“Ovyedo” isə yenidən batdı. “Malyorka” ilə “Jirona” heç də tam lift-komandalar olmasar da, sequndada dəfələrlə olublar. “Jirona” oyunçu seçimi pis deyildi, bu komandanın açıq-aşkar bəxti gətirmədi. Adalılar isə baş məşqçini çox gec dəyişdi. Komanda Martin Demiçelisin rəhbərliyi altında bir neçə rəqibi, o cümlədən “Real”ı məğlub etsə də, vəziyyəti düzəltmək mümkün olmadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 İyul 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri