Yenə Hörmüz, yenə neft tankeri, yenə mina...
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Bu gün günortadan sonra xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının şərqindəki qadağan olunmuş və təhlükəli ərazidə hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və yanğın başlayıb", - SEPAH-dan bildirilib.
Əlavə edilib ki, Tehranın strateji su yolu ilə bağlı mövqeyi dəyişməyib:
"Bütün üzən vasitələr, xüsusilə də neft tankerləri və ticarət gəmiləri xəbərdarlıqlara və marşruta tam riayət etməklə yanaşı, izləmə sistemlərini söndürməkdən çəkinməlidir".
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
Baxış sayı:86
Bu xəbər 31 Oktyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















