Icma.az
close
up
RU
“Barsa”nın inanılmaz geridönüşü, bir gündə iki əzmkar qələbə

“Barsa”nın inanılmaz geridönüşü, bir gündə iki əzmkar qələbə

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasında əsas mərhələnin 7-ci turunun oyunları keçirildi. “Liverpul”un ardından “Barselona”nın da 1/8 finala vəsiqə qazanması rəsmiləşdi.

Adı çəkilənlərlə yanaşı, daha 16 komandanın (Arsenal, İnter, Atletiko, Milan, Atalanta, Bayer-04, Aston Villa, Monako, Feyenoord, Lill, Brest, Borussiya D, Bavariya, Real, Yuventus, Seltik) pley-offda oynayacağı dəqiqdi. 9 klub – PSV, “Brügge”, “Benfika”, PSJ, “Sportinq”, “Ştutqart”, “Mançester Siti”, Zaqreb “Dinamo”su və “Şaxtyor” pley-offa düşmək uğrunda mübarizəni davam etdirir. Nəhayət, “Bolonya”, “Sparta”, “Leyptsiq”, “Jirona”, “Srvena Zvezda”, “Şturm”, “Zaltsburq”, “Slovan” və “Yanq Boyz” üçün son tur formal xarakter daşıyacaq.
Ötən həftənin çərşənbə axşamı keçirilən oyunlar yüksək məhsuldarlıqla müşayiət olundu. Yalnız bir oyunda hesab açılmadı, qalan 8 oyunda 33 qol vuruldu.
“Monako” 2025-də ilk qələbəsini “Aston Villa” üzərində qazandı. Erkən qol vuran “knyazlar” ardından ərazi üstünlüyü rəqibə verərək, əks-hücum modelini seçdi. Onların qapıçısı Mayetski ilk yarının sonunda bir neçə önəmli seyvlə yadda qaldı. 2-ci hissənin əvvəlində Akliuşun vurduğu qol ofsayd üzündən sayılmadı. Qələbə hesabını qoruyan “Monako” turnir cədvəlində nəinki “Aston Villa”ya, bir çox başqa komandaya da çatdı.
Günün yeganə darmadağını “Atalanta” – “Şturm” oyununda qeydə alındı. Berqamolular ilk yarıda bir qol vurdu. Amma fasilədən sonra meydana çıxan Kuadrado ilə Lukman cinahları “su yoluna döndərdi”. Bunun da nəticəsi kimi qonaqlar daha 4 dəfə topu qapı toundan çıxardı. Beləcə son oyun “Şturm” üçün formallığa çevrildi.
Gecənin bəzəyi “Benfika” – “Barselona” oldu. Bəlkə də Lissabonu cənginə alan leysan azarkeşlərin meydanda yaşananlardan tam ləzzət almasına imkan vermədi. 78-ci dəqiqədə qədər hesabda iki top öndə olan “Benfika”nın qələbə qazanacağına, demək olar ki, heç kim şübhə etmirdi. 87-ci dəqiqədə, yəni “Barsa” hesabı bərabərləşdirəndə isə artıq hər kəs oyunun heç-heçə bitəcəyini düşündü. Axı rəqiblərin gücü tükənmişdi. Ancaq qalan vaxt ərzində veteran Di Mariya gözəl imkanı qaçırdı və 6-cı uzatma dəqiqəsində Rafinya qələbə topunu vurdu. “Barsa”nın 5-ci qolundan sonra VAR-ın araya girməsi intriqanı bir qədər də artırdı. Axı nəinki qol qeydə alınmaya, hətta Şensnının qapısına penalti də təyin oluna bilərdi. Ancaq belə olmadı. “Benfika” “top-8”də olmaq şansını itirdi, “Barsa” vaxtından əvvəl bunu təmin etdi.
Son 21 oyunda məğlubiyyət acısı yaşamayan “Lill”i dayandıran tapıldı. “Liverpul” bir qədər çətinlik çəksə də, səviyyə hesabına qələbə qazandı. Salah ilk yarıda hesabı açdı, fasilədən sonra isə meydanda bərabər mübarizə getdi. Maraqlıdı ki, 59-cu dəqiqədə azlıqda qalan “Lill” 3 dəqiqə sonra hesabı bərabərləşdirdi. Düzdü, tezliklə meydan sahibləri yenidən irəli çıxdı və təşəbbüsü bir daha əldən vermədi. “Liverpul” yüzfaizlik nəticə ilə irəliləyir.
Avropa futbolunun ən məğlubedilməz komandalarından sayılan “Atletiko” ilə “Bayer-04”un duelini izləyən azarkeşlər darıxmadı. “Hindular” lap əvvəldən müdafiədən oynamaq variantını seçdiyindən qonaqların ərazi və oyun üstünlüyü təəccüb doğurmadı. Ancaq leverkuzenlilərin təzyiqi o dərəcəyə çatdı ki, ilk yarının ortalarında Barrios qovuldu. Azlıqda çətinlik çəkən madridlilər fasilə ərəfəsində qapısında qol gördü. Ancaq komandalar meydana dönən kimi hesab bərabərləşdirdi. Bu qol “Atletiko”nu ruhlandırdı. Üstəlik hakim 76-cı dəqiqədə İnkapyeni də qovmaqla say bərabərliyi yaratdı. Yəqin ki, 1:1 bu oyunun daha ədalətli nəticəsi olardı, ancaq Alvares sonuncu dəqiqədə qonaqları şoka saldı. Onların məğlubiyyətdən qaçmaq üçün nə gücü, nə də vaxtı var idi.
“Bolonya” – “Borussiya” oyunu ssenarisinə görə Madriddə keçirilən qarşılaşmaya çox bənzədi. Burda da qonaqlar hesabı açdı, amma meydan sahibləri 2-ci yarıda oyunun axarını dəyişib qələbə qazanmağı bacardı. Acı məğlubiyyətlə üzləşən, böhrandan heç cür çıxa bilməyən dortmundluların baş məşqçisi Nuri Şahin oyundan dərhal sonra istefaya göndərildi.
Günün qolsuz bitən yeganə oyununda “Brügge” ilə “Yuventus” qarşılaşdı. Belçikalılar turinlilərə layiqincə müqavimət göstərdi. İlk yarı çox maraqsız alındı, komandalar birlikdə cəmi bir zərbə vurdu. Amma 2-ci hissədə hücumlar bir-birini əvəz etdi. Qol vurulmadı ki, bunu da tam ədalətli nəticə saymaq olar. Onların heç biri məğlubiyyəti haqq etmirdi.
“Ştutqart” səfərdə inamlı qələbə qazandı. “Slovan”la oyunun gedişində hər kəsi yalnız bir sual düşündürürdü: Slovakiya çempionu darmadağın olunacaqmı? Levelinq ilk yarıda iki oxşar qol vurdu. “Slovan” fasilədən sonra bir qədər fəallaşdı. “Səma-mavililər” hətta sona yaxın fərqi azaltmağı da bacardı. Ancaq dərhal 3-cü qolu vuran “Ştutqart” qələbəsinə şübhə yeri qoymadı.
Cari mövsümün autsayderlərindən “Srvena Zvezda” 6-cı məğlubiyyəti PSV-dən alındı. İlk yarını 3:0 öndə bitirən niderlandlılardan Flaminqo 50-ci dəquqədə birbaşa “qırmızı” ilə qovuldu. Serblərin gücü yalnız qollardan ikisinin əvəzini çıxmağa çatdı.
Əsas mərhələ, 7-ci tur
Monako – Aston Villa 1:0 (1:0)

Monako (Fransa): Mayetski, Vanderson, Sinqo, Kerer, Mavissa, Kamara (Maqassa, 65), Zakariya (Teze, 79), Akliuş, Minamino (Mişal, 78), Ben Seqir (Qolovin, 66), Embolo.
Aston Villa (Birmingem, İngiltərə): Martines, Keş, Konsa, Minqs, Din (Maatsen, 67), Kamara, Tilemans, Beyli (Duran, 57), Rocers (Remzi, 86), Buendia (Boqard, 86), Uotkins.
Qol: Sinqo, 8.
Vərəqələr: Din, 49. Rocers, 82. Kamara, 90+2. Qolovin, 90+2 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
21 yanvar. Monako. 13508 tamaşaçı.
Atalanta – Şturm 5:0 (1:0)
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Toloy, Hin, Kolaşinats (Cimşiti, 71), Palestra (Kuadrado, 46), Paşaliç, De Roon (Ederson, 64), Zappakosta, Samarciç (Breşianini, 64), De Ketelare, Retegi (Lukman, 46).
Şturm (Qrats, Avstriya): Sherpen, Maliç, Ayvu, Vütrix, Lavale, Yalkuye (Zvonarek, 69), Qorents-Stankoviç, Çukvuani (Hirlender, 78), Kiteişvili (Qrqiç, 90+1), Kamara (Yatta, 46), Bevinq (Horvat, 70).
Qollar: Retegi, 12 (1:0). Paşaliç, 58 (2:0). De Ketelare, 63 (3:0). Lukman, 90 (4:0). Breşianini, 90+4 (5:0).
Vərəqə: Samarciç, 36 – sarı.
Hakim: Donatas Rumşas (Litva).
21 yanvar. Berqamo. 19469 tamaşaçı.
Benfika – Barselona 4:5 (3:1)
Benfika (Lissabon, Portuqaliya): Trubin, Araujo, A.Silva, Otamendi, Karreras, Eursnes (Barreyra, 61), Florentino, O.Kokçü (Rollhayzer, 80), Aktürkoğlu (Bah, 71), Pavlidis (Amduni, 80), Şelderup (Di Mariya, 71).
Barselona (İspaniya): Şensnı, Kunde (E.Qarsiya, 74), Arauxo, Kubarsi, Balde (Torres, 74), Kasado (F.de Yonq, 61), Pedri, Yamal (Martin, 90+2), Qavi (Lopes, 62), Rafinya, Levandovski.
Qollar: Pavlidis, 2 (1:0). Levandovski, 13-p. (1:1). Pavlidis, 22 (2:1). Pavlidis, 30-p. (3:1). Rafinya, 64 (3:1). Arauxo, 68-öz qapısına (4:2). Levandovski, 78-p. (4:3). E.Qarsiya, 87 (4:4). Rafinya, 90+6 (4:5).
Vərəqələr: Qavi, 36. Kunde, 66. Karreras, 77. De Yonq, 90+4. Lopes, 90+8 – sarı. Kabral, 90+8 (meydandan kənarda) – qırmızı.
Hakim: Danni Makkeli (Niderland).
21 yanvar. Lissabon. 63225 tamaşaçı.
Atletiko – Bayer-04 2:1 (0:1)
Atletiko (Madrid, İspaniya): Oblak, Simeone (Lino, 87), Molina, Ximenes, Lanqle, Qalan (Mandava, 46), M.Lyorente, De Paul, Barrios, Alvares (Le Norman, 90+2), Qrizmann (Korrea, 87).
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Mukiele (Şik, 46), Ta, Tapsoba, İnkapye, Palasios, Caka, Frimponq (Artur, 82), Virts (A.Qarsiya, 89), Qrimaldo, Tella (Hofmann, 68).
Qollar: İnkapye, 45+1 (0:1). Alvares, 52 (1:1). Alvares, 90 (2:1).
Vərəqələr: Virts, 44. Tella, 45+2. Ximenes, 45+2. İnkapye, 45+4. Simeone, 66 – sarı. Barrios, 23. İnkapye, 76 – qırmızı (ikinci sarı).
Hakim: Davide Massa (İtaliya).
21 yanvar. Madrid. 66820 tamaşaçı.
Liverpul – Lill 2:1 (1:0)
Liverpul (İngiltərə): Alisson, Bredli (Aleksander-Arnold, 86), Kuansa, Van Diyk, Simikas, Qravenberx (Makallister, 46), Cons (Elliott, 46), Soboslai (Endo, 63), Salah, Nunyes, Dias (Kyeza, 74).
Lill (Fransa): Şevalye, Mandi, Dyakite, Aleksandro, Qudmundsson (İsmaili, 74), Mukau (Buaddi, 74), Andre, Bakker (Menye, 63), Haraldsson, Kabella (Sahraui, 63), Devid.
Qollar: Salah, 34 (1:0). Devid, 62 (1:1). Elliott, 67 (2:1).
Vərəqələr: Mandi, 37. Andre, 88. Makallister, 90+2. Elliott, 90+4 – sarı. Mandi, 59 – qırmızı.
Hakim: Feliks Svayer (Almaniya).
21 yanvar. Liverpul. 59782 tamaşaçı.
Bolonya – Borussiya D 2:1 (0:1)
Bolonya (İtaliya): Skorupski, Holm, Beukema, Lukumi (Kasale, 63), Likoyannis, Froyler (Odqor, 46), Pobeqa (Moro, 86), Orsolini (İllinq-Cunior, 35), Ferqyuson, Ndoy, Kastro (Dallinqa, 63).
Borussiya (Dortmund, Almaniya): Kobel, Qross (Kouto, 75), Anton, Şlotterbek, Ryuerson, Bayer, Nmeça, Reyna (Can, 64), Dyuranvil (Adeyemi, 64), Girassi (Brandt, 75), Gittens.
Qollar: Girassi, 15-p. (0:1). Dallinqa, 71 (1:1). İllinq-Cunior, 72 (2:1)
Vərəqələr: Holm, 14. Froyler, 20. Lukumi, 60. Bayer, 62. Adeyemi, 81. Kouto, 82. Ryuerson, 89. Ferqyuson, 90 – sarı.
Hakim: Sərdar Gözüböyük (Niderland).
21 yanvar. Bolonya. 26801 tamaşaçı.
Brügge – Yuventus 0:0
Brügge (Belçika): Minyole, Sabbe (Seys, 69), Ordonyes, Mexele, De Kayper, Onyedika, Yaşari, Talbi (Mayer, 90), Vanaken, Dzolis (Vetlesen, 78), Cutqla (Nilsson, 69).
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Savona, Qatti, Kalulu, Kambyaso, Lokatelli, Luis (Türam, 76), Vea (Konseysao, 66), Koopmeyners (Makkenni, 76), Mbanqula (Yıldız, 66), Qonsales (Vlahoviç, 76).
Vərəqələr: Koopmeyners, 38. Konseysao, 77 – sarı.
Hakim: Benua Bastyen (Fransa).
21 yanvar. Brügge. 26700 tamaşaçı.
Slovan – Ştutqart 1:3 (0:2)
Slovan (Bratislava, Slovakiya): Takaç, Blekman (Medvedev, 89), Kaşiya, Vimmer, Zuberu (Barseqyan, 71), Bayriç, Savvidis (Mustafiç, 82), Mak (Metsoko, 70), Toliç, Martselli (Qaydoş, 89), Strelets.
Ştutqart (Almaniya): Nübel, Vaqnoman (Sterjiu, 90+1), Ruo, Şabo, Mittelştadt, Levelinq (Rider, 70), Kaytel (Əl-Daxil, 81), Ştiller, Fürix, Miyo (Ştentsel, 90), Undav (Demiroviç, 70).
Qollar: Levelinq, 11 (0:1). Levelinq, 36 (0:2). Metsoko, 85 (1:2). Rider, 87 (1:3).
Vərəqələr: Ruo, 25. Kaşiya, 30. Savvidis, 45+2. Undav, 55. Kaytel, 61. Barseqyan, 90 – sarı.
Hakim: Kris Kavana (İngiltərə).
21 yanvar. Bratislava. 22500 tamaşaçı.
Srvena Zvezda – PSV 2:3 (0:3)
Srvena Zvezda (Belqrad, Serbiya): Qlazer, Mimoviç, Ciqa, Spayiç, Sol Yun Vu (Maksimoviç, 71), Kruniç, Elşnik, Silas (Duarte, 71), İvaniç, Radonyiç (Milson, 83), Ndiay.
PSV (Eyndhoven, Niderland): Benites, Ledesma (Karsdorp, 78), Flaminqo, Boskalyi, Junior, Shauten, Verman, Bakayoko (Pepi, 86), Til (Obispo, 86), Lanq, L.de Yonq.
Qollar: L.de Yonq, 17 (0:1). L.de Yonq, 23 (0:2). Flaminqo, 43 (0:3). Ndiay, 71 (1:3). Ciqa, 77 (2:3).
Vərəqə: Flaminqo, 50 – qırmızı.
Hakim: İştvan Kovaç (Rumıniya).
21 yanvar. Belqrad. 36648 tamaşaçı.
Faktlar
* “Benfika”nın qapısına penaltidən iki dəfə yol tapan Levandovski dəqiq penaltilərin sayına görə turnirin rekordçusu oldu. 36 yaşlı polşalı forvard “nöqtə”dən 19-cu dəfə dəqiq olmaqla bu göstəricidə Kriştiano Ronaldoya çatdı. Messinin hesabında isə 18 belə qol var. Levandovski həmçinin ÇL-də qol sayını 103-ə çatdırdı. O, yalnız Ronaldo (140) ilə Messidən (129) geri qalır.
* “Liverpul”un baş məşqçisi Arne Slot almaniyalı mütəxəssis, hazırda “Barselona”ya rəhbərlik edən Hans-Diter Flikin ÇL rekordunu təkrarladı. Niderlandlı mütəxəssis yeni komandası ilə ilk 7 oyunun hamısında qələbə qazanıb. Flik isə “Bavariya”nın məşqçisi olarkən 2019-20-ci illər aralığında ardıcıl 7 oyunda qələbəyə sevinib.
* Van Diyk “Liverpul”un heyətində ÇL-də ilk 50 oyunda qələbə sayına görə klub rekordunu təkrarladı. Niderlandlı müdafiəçi “Lill” ilə oyunda 35-ci qələbəyə sevindi. 1974-85-ci illər aralığında “qırmızılar”ın şərəfini qoruyan Fil Nil də ilk 50 ÇL oyununda 35 qələbə qazanmışdı.
* “Benfika”nın yunan forvardı Vangelis Pavlidis ÇL tarixiə özünəməxsus göstərici ilə düşdü. O, avrokuboklarda “Barsa”nın qapısına ilk 30 dəqiqədə üç qol vuran birinci futbolçudu.
* “Brügge” – “Yuventus” oyununda komandalar “çərçivə”yə cəmi bir zərbə vurdu. Son 13 ildə qitənin ən nüfuzlu klub turnirində belə “quruluq” olmamışdı. Sonuncu dəfə 2012-ci il oktyabrın 23-də keçirilən “Lill” – “Bavariya” (0:1) oyununda “çərçivə”yə cəmi 1 zərbə qeydə alınmışdı.
Oyundan sonra
Adi Hütter, “Monako”nun baş məşqçisi:

“Çox vacib qələbədi. Komandamı döyüşkənliyə görə tərifləyir və ona təşəkkür edirəm. Bu mövsüm üçün qarşımızda duran əsas vəzifələrdən biri pley-offa çıxmaqdı. Futbolçular bu yolda əlindən gələni əsirgəmədi”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“İkinci hissədə komandanın oyununa baxmaq çox xoş idi. Oyunu “oxumağımız”, təkbətək mübarizələrdən qalib ayrılmağımız... Futbolçularım çox ağıllı və cəsarətli oynadı. Öz xəttimizə sadiq qaldıq, çalışdıq, burnumuzu aşağı salmadıq”.


Vinçentso İtalyano, “Bolonya”nın baş məşqçisi:

“Çempionlar Liqasında baş məşqçi kimi ilk qələbəmi qazandım. Uşaqkən divanda oturar, bu turnirdə tarix yazanlara baxardım. Mənim üçün çox emisional məqamdı. Uşaqlar necə olur-olsun, qələbə qazanmaq istəyirdilər. Arzumuz gerçəkləşdi. Necə xoşbəxt olduğumu sözlə ifadə edə bilmərəm”.


Bruno Jenezio, “Lill”in baş məşqçisi:

“Komandam və bu gün göstərdiyimiz oyun ilə qürur duyuram. Xüsusən də intizam baxımından. Heç-heçəyə nail ola bilərdik. Bunun üçün mübarizə apardıq. Unutmayın, biz burda yaxşı oynadıq”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Birinci və ya ikinci yeri tutmağın üstünlük olması haqda danışmaq tezdi. Bəxt üzünüzə gülə də bilər, gülməyə də. Yeni format üzrə oynayırıq. Mənim üçün ümumi mərhələnin turnir cədvəlində 1-ci yeri tutmaq heç bir əhəmiyyət daşımır. Hələlik ən vacib məqam budu ki, pley-offun üstündən adladıq. Bu kontekstdə mülahizə yürütsək, artıq oyuna çıxmamaq üstünlükdü”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Ağlasığmaz oyun idi. Ən müsbət məqam ortaya qoyduğumuz xarakterdi. Belə geridönüş etməyimiz möhtəşəm nəticədi. Futbolun bütün mahiyyəti bundadı, ona görə bu oyun çox sevilir. İlk yarıda heç də yaxşı oynamadıq. Rəqib keçid fazalarında çox güclü idi. Biz isə dərin müdafiəyə çəkilmişdik. İkinci hissədə yaxşı təsir bağışladıq. Dəyişikliklər bu geridönüşü reallaşdırmaqda bizə önəmli dərəcədə yardım etdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri