Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

“Barselona” 0:2 ni 4:2 yə necə çevirdi?

“Barselona” 0:2 ni 4:2 yə necə çevirdi?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

La Liqanın 29-cu turunun “Atletiko” – “Barselona” oyunu ilə bağlı icmalı təqdim etmişdik. Ancaq bu oyuna ətraflı toxunmağa dəyər.

Bu mövsüm çempionluq uğrunda mübarizənin bu iki komanda ilə yanaşı, “Real” arasında da getdiyi bəllidi. Yəni mövsümün sonunda çempionluq ya Madrid nəhənglərindən birinə qismət olacaq, ya da “Barselona”ya. Söhbət həm də məşqçilərin, daha doğrusu, onların ideyalarının mübarizəsindən gedir. Dieqo Simeone – Karlo Ançelotti rəqabəti artıq çoxillik tarixə malikdi, onların mübarizəsində elə detallar var ki, ayrı-ayrı oyunların taleyini həll edib. Hans-Diter Flikin İspaniyaya gəlişi isə “Barselona”nı qeyri-adi dərəcədə baxımlı və məhsuldar komandaya çevirib. Kataloniyalıların bəzi məqamlarda hətta ehtiyatsızlıq kimi görünən maksimal şaquli futbolu, həmçinin ofsayd tələlərinin zənciri İspaniya liqası üçün özünəməxsus yenilikdi.
Zəngin təcrübəyə malik Ançelotti hələ də yeni “Barselona” ilə necə hesablaşacağını müəyyənləşdirməyib. Ən azı iki “el klasiko”dan sonra formalaşan təəssürat belədi. Sentyabrda “Santyaqo Bernabeu”da keçirilən çempionat oyununu və İspaniya Superkubokunun yanvardakı finalını nəzərdə tuturuq. İki oyunun nəticəsinə (9:2) görə qeydə alınan əzici üstünlük “Real”ı tikə-parça etmək idi. Flik də öz növbəsində Simeone ilə qarşıdurmanın 3-cü pərdəsinə qədər “Atletiko” ilə necə oynamalı olduğunu bilmirdi. Alman mütəxəssisin Simeone ilə ilk duelinin taleyini 6-cı uzatma dəqiqəsində Sörlot həll edəndə (Barselona – Atletiko 1:2) bunu bəlkə də təsadüf kimi qiymətləndirmək olardı. Kubokun ilk yarımfinal oyununun sonluğu “hindular”ın ifasında daha parlaq alındı. 4:2 4:4-ə çevrildi, Sörlot (yenə də 90-cı dəqiqədən sonra!) “Barsa”nı bu dəfə də qələbəyə həsrət qoydu.
Fevralın 25-də Kataloniya paytaxtında qeydə alınan “qol yağışı”nın təəssüratını azarkeşlər unutmamışdı. Amma azarkeşlərin marağı öz yerində, əsas odu ki, məşqçilər səhvlərindən nəticə çıxarmışdılar. Flik oyun ərəfəsində həmkarı ilə eyni fikri bölüşmüşdü:

“Barselona” 1-ci dəqiqədən sonuncuya qədər konsentrasiyanı əldən verməməlidi. “Atletiko” ilə ik oyunun sonunda istədiyimiz qədər toparlanmamışdıq. İkinci oyunda rəqib də eyni problemi yaşadı, biz də. Detallara daha ciddi yanaşmalıyıq”.


Ümumiyyətlə, heç bir anarxiyadan söhbət gedə bilməzdi. Baxmayaraq ki, debütdə kubok epopeyasının mümkün davamı ilə bağlı əlamət gördük. Cinahda izləyicilərindən xilas olan Yamal, adətən, qol vurduğu mövqedən topu qapının uzaq küncünə yönəldə bilmədi. Növbəti diqqətçəkən məqam fasilə ərəfəsində yaşandı – Levandovskinin zərbəsindən sonra top tirə dəydi. Ofsayda və Oblakın xilaskar toxunuşuna görə bu epizod birmənalı alınmadı. Ancaq epizod tezliklə unuduldu, ona görə ki, “Atletiko” cavabında hesabı açdı.
Praqmatik “Atletiko”nun ilk qolu şans əsəri idi. Hücum Oblakın ifasında sərbəst zərbə ilə başladı. Qapıçı ilk ötürməni verdi, kombinasiya cəmi 5 ötürmədən ibarət oldu. Reynildo cinahda hava mübarizəsini uddu, Qrizmann topu soldan cərimə meydançasına göndərdi, orda isə Simeone Alvaresin zərbə vurmasına şərait yaratdı. Sadəlik və dahilik bir arada! Qrizmann kubok oyununda da bir neçə dəfə eyni varianta əl atmışdı. Bu halda isə fransalı ulduzun qoldakı rolu anın vacibliyinə uyğun gəldi – o, La Liqada 520-ci oyununu keçirirdi! İndi Antuan Lionel Messi ilə birgə əcnəbilərin bu liqa üçün rekordunu bölüşür.
“Atletiko” minimal üstünlüyü uzun müddət nümunəvi şəkildə qorudu. Hətta nümunəvi də yox, ideal şəkildə! 70-ci dəqiqədən, yəni Qallaherin zərbə mövqeyinə çıxardığı Sörlot 2-ci qolu vurandan sonra isə artıq futbol şahmatında Flikdən üstün görünən Simeonenin dahiliyi haqda ən yüksək tonda danışmağa başlamaq olardı. Ancaq futbol riyaziyyat deyil, onun gözəlliyi də bundadı. Çünki final fitindən sonra artıq hər kəs oyunun axarını inanılmaz şəkildə dəyişən “Barselona”nın ünvanına tərif epitetləri yağdırırdı. Yəqin ki, taktika həvəskarları uzun müddət başverənlərin izahını tapmağa, Flikin qeyri-standart gedişlərini, orijinal yerdəyişmələrini müəyyənləşdirməyə çalışacaq. Ancaq indi bunların vaxtı deyil.
Sadəcə, futbolun və konkret “Barselona”nın hansı emosiyalar bəxş edə biləcəyini düşünün, bundan ləzzət alın. “Barsa” ən yaxşı deyildi, “Barsa”nın bəxti yanında deyildu (hakim “Atletiko”nun 2-ci qolundan əvvəl De Paulun əllə oynadığını görmədi). Ancaq məhz bu komanda qələbəni daha çox istədi və qazandı. Geridönüşün əsasını qoyan, Levanvovskinin qolunu təşkil edən mərkəz müdafiəçisi İnyiqo Martinesin arzusu aşıb-daşırdı. Oyunboyu az qala gözdən itən, ancaq Ferran Torresin ilk qolunda ona ideal ötürmə verən, 2-ci qolunda pressinq edən Rafinyaya nə deyəsən?! Ya da hər şeyi daha gözəl etmək arzusu ilə fəndlərlə Qallaherin başını gicəlləndirən Yamala?
İndi bunların heç bir fərqi yoxdu! Möhtəşəm oyun idi. Bu mövsüm “Atletiko” ilə “Barselona” arasındakı matçlar emosiya baxımından həm “el klasiko”nu, həm də Madrid derbilərini kölgədə qoyub. İrəlidə isə bizi kubokun yarımfinal mərhələsinin cavab görüşü də gözləyir. Ancaq həmin oyuna vaxt var. Hələ ki “Barsa” beynəlxalq fasiləyə lider kimi yollanıb. Flikin komandası ötən bazar bəlkə də bir oyunun yox, bütövlükdə çempionluq uğrunda yarışın axarını dəyişdi. Hərçənd hələ çempionluq yarışından danışmaq axmaqlıq kimi də görünə bilər. Ən azı ona görə ki, La Liqanın cari mövsümü bizi bundan sonra sonra da təəccübləndirə bilər. Bu da bir gerçəkdi ki, “Barsa” 2025-də məğlubedilməzdi!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri