Icma.az
close
up
RU
Sui qəsdi SEPAH sifariş edibmiş: həbslər var Yeni detallar

Sui qəsdi SEPAH sifariş edibmiş: həbslər var Yeni detallar

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Manhatten federal məhkəməsində kriminal avtoritetlər Rafet Əmirov və Polad Ömərova 25 il həbs cəzası kəsilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, mart ayında onlar iran əsilli amerikalı jurnalist və hüquq müdafiəçisi Masi Alinejadın həyatına qurulan sui-qəsddə günahkar biliniblər.

Nyu-York Cənub Dairəsinin federal prokurorluğu 46 yaşlı Rafet Əmirov və 41 yaşlı Polad Ömərovu məşhur “qanuni oğru”, 2020-ci ildə Antalyada öz mühafizəçisi tərəfindən öldürülmüş Nadir Səlifovun (“Lotu Quli”) rəhbərliyi altında fəaliyyət göstərən “rus mafiyası”nın üzvləri kimi təsvir edib.

İttiham aktına görə, 2022-ci ilin iyul ayının sonu üçün planlaşdırılan, lakin icraçı Xalid Mehdiyevin səriştəsizliyi səbəbindən baş tutmayan Alinejada qarşı sui-qəsd İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib və jurnalistin qətlə yetirilməsi üçün yarım milyon dollar ayrılıb.

Prokurorların sözlərinə görə, Gürcüstan vətəndaşı Polad Ömərov, həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan Rafet Əmirov bu sifarişə qismən pul xətrinə, eyni zamanda “Quli”nin ölümündən sonra qruplaşma daxilində onun varisliyi uğrunda gedən çəkişmədə üstünlük qazanmaq ümidi ilə girişiblər.

Prokuror avtoritetin taclanmasını tanımadı

Rafet Əmirov vaxtilə məhz Nadir Səlifovun özü tərəfindən “qanuni oğru” kimi taclandırılıb. Polad Ömərov isə Nadir Səlifovun yaxın qohumudur. O da “Quli” tərəfindən taclandırıldığını iddia etsə də, qruplaşmanın digər üzvləri bunu təkzib edib. Eyni zamanda Manhatten prokurorluğu da onu “qanuni oğru” kimi tanımır.

2023-cü ildə Çexiyada saxlanılan və bir il sonra ABŞ-yə ekstradisiya olunan Rafet Əmirov istintaqla əməkdaşlıqdan imtina edib.

Məlumata görə, Özbəkistandan təhvil verilən Polad Ömərov isə üzərinə qoyulan ittihamları müzakirə etməkdən boyun qaçırıb. Amma prokurorların dediyinə görə, ABŞ-dən kənarda keçdiyi kriminal karyera barədə sorğu-sual zamanı fəxrlə danışıb.

Xalid Mehdiyev (“Əhmədli Xalid”) hazırda 27 yaşındadır. Həbsindən sonra əvvəlcə danışmaqdan imtina edib. Daha sonra fikrini dəyişib, istintaqla əməkdaşlığı qəbul edib və mart ayında hakim Kolleen MakMahonun sədrliyi ilə keçirilən məhkəmə prosesində üç dəfə ifadə verib.

Xatırladaq ki, hakim MakMahon sabiq ABŞ Prezidenti Bill Klinton tərəfindən təyin olunub.

Hakim cəzanı yarıbayarıya endirdi

Prokurorluq Rafet Əmirov və Polad Ömərovun hər birinin 55 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Hakim hər iki təqsirləndirilən şəxsi 25 il azadlıqdan məhrum edib.

Əgər onlar həbsxanada nizam-intizamlı olsalar, təxminən 20 il cəza çəkəcəklər. ABŞ federal sistemində 1985-ci ildən bəri şərti azadlıq yoxdur. Amma məhbusların cəzası yaxşı davranışa görə adətən 15% azaldılır.

“Çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm”

Rafet Əmirov son illər İranda yaşayıb. Polad Ömərovla o, əlaqə saxlayıb, Ömərov isə jurnalist Alinejadın öldürülməsi tapşırığını Yonkersdə yaşayan, “U Peppino” adlı pitsa restoranında menecer işləyən Xalid Mehdiyevə verib.

Polad Ömərovun vəkili Elena Fest X.Mehdiyevə çarpaz sorğu-sual keçirib. Məlum olub ki, məsələn, Mehdiyev ABŞ-də ola-ola internet və vasitəsi ilə Ukraynada törədilən bir oğurluq əməliyyatını idarə edib.

“Demək, siz həm beynəlxalq oğurluğu koordinasiya edir, həm də pitsa restoranında işləyirdiniz?” – deyə Fest soruşub.

Xalid Mehdiyev hər iki işi eyni vaxtda görməyin məsuliyyət tələb etdiyini etiraf edib: “Qruplaşma rəhbərlərində yaxşı təəssürat yaratmağa çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm”.

“Quli”nin ölümündən sonra nə baş verdi?

Nadir Səlifovun (“Quli”) ölümündən sonra Xalid Mehdiyev “reket”lik etməyə davam edib. Əvvəlcə “Quli”nin qardaşı Namik Səlifovun (“Namik Bakinski”) adından istifadə edirmiş, daha sonra ondan ayrılıb. Polad Ömərovla birgə, xaricdən votsap vasitəsilə verdiyi tapşırıqlarla işləməyə başlayıb.

Məsələn, Bruklində bir ərzaq mağazasının sahibini “nəzarət”ə götürüblər. Xalid Mehdiyev onun “Range Rover” markalı avtomobilini yandırıb, sonra mağazanın dayanacağında maşını gülləbaran edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri