Icma.az
close
up
RU
“Bu dəfə hamımız bir avtomobildə gəlməmişdik” Aslan Şahgəldiyev

“Bu dəfə hamımız bir avtomobildə gəlməmişdik” Aslan Şahgəldiyev

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bildiyiniz kimi, 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri azad edildi və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Oktyabrın 15-də cənab Prezident İlham Əliyev bu şəhərə səfər etmişdi. Beş gün sonra isə biz də Xankəndiyə gəlmişdik”.

Bunu “Qafqazinfo”ya müsahibəsində PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev deyib:

“Həmin vaxt Xankəndi şəhər stadionunda futbol oyununun keçirilməsi ilə bağlı ideyamız var idi. O dövrə “Qarabağ” – MOİK oyunu da təsadüf edirdi. İlk səfərimiz zamanı şəhər indiki kimi deyildi. Hər şey fərqli idi – həm şəhərin özündə, həm də stadionda. Bizimlə birlikdə Gənclər və İdman Nazirliyinin, “Qarabağ”ın və AFFA-nın nümayəndələri də gəlmişdi. Stadionu yoxladıq, görüləcək işləri müzakirə etdik.

Növbəti iclasımız dekabrın 16-da stadionda keçirilməli idi. Təəssüf ki, sonuncu dəfə Xankəndiyə gələrkən avtomobil qəzası keçirdik. Bu səbəbdən dekabrın 21-də keçirilən həmin möhtəşəm oyunda iştirak edə bilmədik.

Qismət belə imiş. Şükürlər olsun ki, üç il sonra yenidən Xankəndidəyik və burada keçirilən ilk rəsmi oyunun iştirakçısı olduq. Hisslərimizi sözlə ifadə etmək çətindir. Futbol bir yana, bunun mənəvi tərəfi də var. Bu gün Xankəndidən böyük qürur hissi ilə ayrılırıq. Cənab Prezidentə təşəkkürümüzü bildirir, qazilərimizə sağlamlıq arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu işdə əməyi olan hər kəsə minnətdarıq”.

– Qəzadan sonra heç düşünürdünüzmü ki, bir gün yenidən Xankəndiyə gələrək burada futbol oyunu izləyəcəksiniz?

– Əlbəttə, düşünürdüm. Açığı, ilk vaxtlarda qəzanın nə qədər ciddi olduğunu bilmirdim. Müəyyən müddət keçdikdən sonra kifayət qədər ağır xəsarət aldığımı anladım.

Həmin vaxt qarşımızda çox az vaxt var idi. Cəmi iki ay ərzində kubok oyununu təşkil etməli idik. Bir çox işlər qısa müddətdə və tələsik görülürdü. Gənclər və idman naziri Fərid Qayıbovun dəstəyi ilə bu işlərin öhdəsindən gələ bildik.

Bu gün isə üstündən üç il keçdikdən sonra qarşımızda üçüncü kateqoriyanın tələblərinə cavab verən stadion görürük. Bu o deməkdir ki, burada təkcə Azərbaycan çempionatının oyunlarını deyil, beynəlxalq görüşləri də keçirmək mümkün olacaq. İnanıram ki, gələcəkdə həm milli komandamızın oyunlarını, həm avrokubok matçlarını, həm də Azərbaycan Kubokunun finalını burada keçirmək bizə nəsib olacaq.

– Həmin vaxt qəzaya düşən beş nəfərin hamısı bu gün Xankəndidə “Xankəndi” – “Karvan-Yevlax” matçını izləyirdi…

– İlk növbədə, hamımız həmin hadisədən nəticə çıxarmışıq. Bu dəfə hamımız bir avtomobildə gəlməmişdik (gülür). Fərqli avtomobillərlə səfər etdik. İnsan yaşadığı hadisələrdən dərs çıxarır. Bu da bizim üçün bir təcrübə oldu.

Bu gün çox qürurluyuq və sevincliyik. Oyunun Xankəndidə keçiriləcəyini öyrənən kimi özümüz qərara gəldik ki, mütləq burada olmalı və matçı canlı izləməliyik. Çünki “Qarabağ” – MOİK oyununda iştirak etmək bizə qismət olmamışdı.

Ən çox qürur duyduğumuz məqam isə şəhərin cəmi üç il ərzində bu qədər inkişaf etməsidir. Şəhər artıq canlanıb, küçələrdə insanlar var, uşaqlar sevinir. Üç il ərzində bu qədər iş görülübsə, 10 ildən sonra Xankəndidə nələrin olacağını təsəvvür etmək belə insana əlavə qürur verir.

– Matçın özü və yaradılan atmosfer sizdə necə təəssürat yaratdı?

– Özünüz də gördünüz ki, azarkeşlərin əksəriyyəti gənclər idi. Xüsusilə “Xankəndi” komandasının “Zəfər Ultras” fanklubunun fəallığı diqqətimi çəkdi.

Burada Qarabağ Universiteti fəaliyyət göstərir. Universitet tələbələri üçün futbolun olması, stadionda oyunları izləmək və komandaya azarkeşlik etmək çox yaxşı imkan olacaq. İnanıram ki, gələcəkdə bu stadionda daha çox azarkeş görəcəyik.

Digər tərəfdən, təəssüf ki, I Liqada çıxış edən klublarımızın hamısının yaxşı infrastrukturu yoxdur. “Xankəndi”nin isə artıq müasir stadionu və yaxşı infrastrukturu var. Bu da o deməkdir ki, komanda gələcəkdə Premyer Liqaya vəsiqə qazansa, ev oyunlarını öz meydanında keçirə biləcək.

Matçın özü də maraqlı keçdi. Hər iki komanda mənim üçün doğmadır. “Xankəndi” adına görə, “Karvan-Yevlax”la isə vaxtilə müəyyən fəaliyyətim olduğuna görə mənə yaxındır. Oyundan zövq aldıq, sevindik. Ən əsası, insanlar yaxşı vaxt keçirdilər.

Gələcəkdə burada daha maraqlı oyunların, daha böyük futbol görüşlərinin şahidi olacağıq. Ümid edirəm ki, tribunalar hər dəfə daha çox azarkeşlə dolacaq.

– Sizcə, bir gün bura Premyer Liqa matçına da gələcəksiniz?

– Əlbəttə! Əslində, bu, əlçatmaz bir arzu deyil. İnanıram ki, yaxın illərdə bu, reallığa çevriləcək.

“Xankəndi” yeni komandadır. II Liqa da Azərbaycan futbolu üçün nisbətən yeni yarışdır. Komandanın II Liqadan I Liqaya yüksəlməsi bu layihənin inkişafı baxımından müsbət göstəricidir. Növbəti mərhələdə I Liqadan Premyer Liqaya, daha sonra isə avrokuboklara yüksələr. Təbii ki, bu, həm klubun, həm də onun idarəetmə sisteminin inkişafı deməkdir.

Bu məsələdə əsas məsuliyyət komandanın rəhbərliyinin və məşqçilər heyətinin üzərinə düşür. Bu mövsüm buna nail ola biləcəklər, ya yox, deyə bilmərəm. Amma inanıram ki, növbəti mövsümlərdə “Xankəndi”ni Premyer Liqada görəcəyik.

Bununla belə, bütün işlərin birdən-birə həyata keçirilməsinin tərəfdarı deyiləm. Komandanın dərhal Premyer Liqaya yüksəlməsi və bütün maliyyə imkanlarını bu məqsədə sərf etməsi düzgün olmazdı. Əsas məsələ peşəkar yanaşmaq, möhkəm təməl qurmaq və addım-addım inkişaf etməkdir.

Klubun düzgün idarə olunması, infrastrukturun, akademiyanın və komandanın inkişafı paralel aparılmalıdır. Bütün maliyyə imkanlarını Premyer Liqaya yüksəlməyə sərf edib, sonra yenidən I Liqaya düşmək nə komanda, nə də Azərbaycan futbolu üçün faydalıdır.

İstəyimiz odur ki, “Xankəndi” sağlam təməl üzərində inkişaf etsin, özünü Premyer Liqada təsdiqləsin və gələcəkdə Azərbaycanı beynəlxalq arenada təmsil etsin. İnanıram ki, yaxın illərdə Xankəndidə Premyer Liqa oyunlarının da şahidi olacağıq.

Elsevər Məmməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Noyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri