“Barselona” 19 yaşlı hücumçu alır: birinci planda odur
Icma.az, Lent az saytına istinadən bildirir.
“Barselona” İngiltərənin “Bornmut” klubunda çıxış edən 19 yaşlı hücumçu Eli Krupini transfer etmək istəyir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bununla da “Atletiko Madrid”in hücumçusu Julian Alvarezin "Barselona"ya transferi arxa plana düşüb.
Kataloniya klubunun idman departamenti gənc futbolçunun çıxışından xeyli təsirlənib. Lakin transferin reallaşmasına mane ola biləcək ciddi məqam da var. "Bornmut" rəhbərliyi futbolçu ilə maraqlanan bütün tərəflərə 100 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyəcəyini bildirib.
Qeyd olunur ki, Eli Krupi yalnız "Barselona"nın diqqət mərkəzində deyil. Futbolçu ilə PSJ və “Arsenal” da yaxından maraqlanır.
Gənc hücumçu ötən mövsüm "Bornmut"un heyətində 35 oyuna çıxaraq 13 qola imza atıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 70 milyon avro təşkil edir. Eli Krupinin "Bornmut"la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Eli Krupi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 15 İyun 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















