Icma.az
close
up
RU
Barselona Avropada bu göstəriciyə görə liderdir

Barselona Avropada bu göstəriciyə görə liderdir

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona" yalnız meydanda deyil, futbol iqtisadiyyatında da qalib gəlir.

Sportal.az xəbər verir ki, klub idman geyimləri və merçendayzinq satışlarından əldə olunan gəlirlərə görə Avropa reytinqinə başçılıq edir.

UEFA tərəfindən dərc olunan illik klub hesabatına əsasən, Kataloniya təmsilçisi idman geyimləri və merçendayzinq satışlarından gəlirlərə görə birinci yerdə qərarlaşıb. Klub rekord həddə – 277 milyon avro gəlir əldə edib ki. Bu da ən yaxın izləyicisi olan "Real"dan milyonlarla avro çoxdur.

UEFA-nın 2025-ci il üzrə maliyyə və əməliyyat göstəricilərinə dair geniş təhlilində "Nike" şirkəti ilə “Barselona” arasında qurulan yeni strateji tərəfdaşlığın həlledici rolu xüsusi vurğulanır. Məhsulların hazırlanması, təchizat zəncirinin idarə olunması və “Barsa” məhsullarının qlobal paylanması üzrə birgə fəaliyyət əhəmiyyətli nəticə verib. Ötən mövsümdən etibarən klub yenidən qlobal pərakəndə satış və elektron kommersiya üzərində tam nəzarəti bərpa edib. Bu sahə isə "Barca Licensing & Merchandising" (BLM) bölməsinin əsas artım mühərrikinə çevrilib. Onlayn satışlar illik müqayisədə üç dəfə artıb, hesabat dövründə gəlir artım tempi isə əvvəlki mövsümlə müqayisədə 45%-i ötüb.

Merçendayzinq dünyada 500 milyondan çox azarkeşi olan klub üçün fundamental rol oynayır, bağlılıq və mənsubiyyət hissini gücləndirir. Uğurun mühüm amillərindən biri də komandanın meydandakı inamlı çıxışıdır. Azarkeşlər özlərini “La Masia” yetirmələri və baş məşqçi Hans Flikin komandaya aşıladığı cəlbedici futbol üslubu ilə eyniləşdirirlər.

Bu qədər ciddi gəlir artımı sənaye üzrə orta göstəriciləri xeyli üstələyən mənfəətliliklə müşayiət olunub. Bəzi indikatorlar bazar standartlarını iki, hətta üç dəfə qabaqlayır. Bu isə yeni gəlir səviyyəsində miqyas effektinin və əməliyyat səmərəliliyinin artması sayəsində mümkün olub.

Mütləq rekord qeydə alınmasına baxmayaraq, cari mövsüm BLM-in strateji planının yalnız növbəti mərhələsi kimi qiymətləndirilir. Klubun məqsədi proqnozlaşdırılan artım tempini üstələməyə davam etmək və BLM-i “Barselona”nın əsas maliyyə dayaqlarından biri kimi daha da gücləndirməkdir.

Pərakəndə satış seqmentində klubun hazırda birbaşa idarə etdiyi 15 "Barca Store" mağazası var. Bunlara 2024-cü ilin avqustunda Madrid şəhərində, hava limanının 4-cü terminalında açılan ikinci satış nöqtəsi də daxildir. Bundan əlavə, 6 mağaza lisenziya əsasında fəaliyyət göstərir. Klub yaxın vaxtlarda yeni mağazalar açmağı planlaşdırır.

Rekord dövriyyə göstəricilərinə "Spotify Kamp Nou" stadionundakı "Barca Store" mağazası da nail olub. Halbuki arenada cəmi 5 oyun keçirilib. Bunlardan 4-ü La Liqa, 1-i isə UEFA Çempionlar Liqası matçıdır. Komandanın stadiona tam qayıdışı merçendayzinq gəlirlərinin daha da artmasına əlavə təkan verə bilər.

Bu mövsüm "Official Barca Store" saytı vasitəsilə 176 ölkədə alış-veriş edilib. Ən çox satış isə ABŞ-nin payına düşüb. Onlayn mağaza katalan, ispan, ingilis, fransız, alman, yapon və koreya dillərində fəaliyyət göstərir. Son iki dil ötən yay əsas komandanın Asiya turu zamanı əlavə olunub. Qlobal e-ticarət platformasının əsas üstünlüklərindən biri əməliyyat səmərəliliyidir. Sifarişlərin böyük əksəriyyəti həmin 176 ölkəyə 48–72 saat ərzində çatdırılır.

İdman geyimləri və merçendayzinqdən əldə olunan gəlirlər klubun ümumi gəlirinin mühüm hissəsini təşkil edir. 2025-ci ildə “Barselona”nın ümumi gəliri 989 milyon avroya çatıb ki, bu da klub tarixində ən yüksək göstəricidir. Bu rəqəm əvvəlki mövsümlə müqayisədə 29% çoxdur və Kataloniya klubunu Avropanın ən sürətlə inkişaf edən komandalarından birinə çevirir. Daha yüksək artım tempini yalnız "Borussiya" (Dortmund), "Aston Villa" və "Zenit" göstərib.

“Barselona” matç günü gəlirlərinə görə Avropada 5-ci yerdədir. Klub bir oyuna orta hesabla 5,4 milyon avro gəlir əldə edir. Komanda ilin böyük hissəsində ev oyunlarını “Montjuik”də keçirsə də, artım qeydə alınıb. 2025-ci ilin yalnız son beş oyunu yenidən "Spotify Kamp Nou" stadionunda baş tutub və arenanın tutumu hələ də 45 min azarkeşlə məhdudlaşdırılıb. Buna baxmayaraq, göstəricilər olduqca yüksək qiymətləndirilir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Mart 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri