Icma.az
close
up
RU
“Barselona” darmadağın oldu, “Qarabağ”ın rəqibi özünə gəldi

“Barselona” darmadağın oldu, “Qarabağ”ın rəqibi özünə gəldi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyada lider dəyişdi ki, bunun da səbəbkarı “Barselona”nı darmadağın edən “Sevilya”dı.

"Football-plus.az" xəbər verir ki, bir gün əvvəl “Vilyarreal” üzərində inamlı qələbə qazanan “Real”a məhz elə bu nəticə lazım idi. İddialılardan “Atletiko” qeyri-sabit çıxışını davam etdirir. Azərbaycanlı azarkeşlərin diqqət mərkəzində olan komandalardan biri də “Atletik”di. “Qarabağ”ın ÇL-in 3-cü turundakı rəqibi çempionatda 4 oyunluq qələbəsiz seriyaya son qoydu.
Turun mərkəzi oyununda “Vilyarreal”ı qəbul edən “Real” “Atletiko” önündəki fiaskonu unutdurdu. Marselino Qarsiya Toras Mikautadze ilə Pepeni ehtiyatda saxlamışdı, “sarılar” fasiləyə qədər əsasən müdafiə olunmaqla məşğul idi. “Real” ilk yarıda qol imkanlarından yararlana bilmədi. Təkcə elə Mastantuono iki real şansı boşa verdi – birincidə topu müdafiəçiyə vurdu, ikincidə zərbəsi qapıdan azca aralı keçdi. “Sarılar” fasilə ərəfəsində meydan sahiblərini cəzalandıra bilərdi ki, onda da Oluvaseyi Kurtua ilə mübarizədən məğlub ayrıldı. 2-ci hissə başlayan kimi Vinisius hesabı açdı. Ona topun Komesanyadan səkməsi də yardım etdi. “Vilyarreal” qoldan sonra fəallaşsa da, tezliklə 2-ci topu buraxdı. Vinisius qazandığı penaltini qola çevirdi. 2-ci hissə başlayanda Pepe də oyuna qoşuldu, Mikautadze də. Məhz gürcü hücumçu 73-cü dəqiqədə qollardan birinin əvəzini çıxdı. Ancaq qonaqların ruh yüksəkliyi uzun müddət davam etmədi. 77-ci dəqiqədə Mourinyo komandasını azlıqda qoydu. 4 dəqiqə sonra isə Mbappe fərqi artırdı. Fransalı ulduz cari mövsümdə 9-cu qolunu vurdu. İnamlı qələbə qazanan “Real” liderliyi ələ keçirdi. Ona görə ki...
...bazar günü meydana çıxan “Barselona” “Sevilya” ilə oyunda darmadağın oldu. Buna görə vicdan əzabı çəkməli əsas şəxs isə Levandovskidi. Polşalı hücumçu 76-cı dəqiqədə penaltidən yararlana bilsəydi, hesab 2:2 olacaq, bəlkə hətta qonaqlar qələbə də qazanacaqdı. Bununla belə, etiraf etmək lazımdı ki, “Sevilya” “Barsa”dan yaxşı oynadı. Meydan sahibləri ilk yarıda çoxlu qol vəziyyətini boşa versə də, iki qol vura bildi. 13-cü dəqiqədə Sançes penaltidən, 36-cı dəqiqədə Romero oyun vəziyyətindən fərqləndi. Reşford ilk yarıya artırılan vaxtda fərqi azaldandan sonra düşünmək olardı ki, kataloniyalılar 2-ci hissədə fırtına kimi əsəcək, rəqibə göz açmağa imkan verməyəcək. Ancaq belə olmadı. Levandovski penaltini yandan vurmaqla qonaqların “kefinə soğan doğradı”. Adamsın vurduğu qol ofsayd üzündən sayılmasa da, Karmona 90-cı dəqiqədə hesabı 3:1 etdi. Elə həmin Adams uzatma dəqiqələrində “Barsa”nın darmadağınını rəsmiləşdirdi. Bu məğlubiyyətə təəccüblənməyə dəyməz, ona görə ki, “Sevilya” qələbəyə layiq idi, üstəlik meydan sahiblərinin yunan qapıçısı Vlahidomosun möhtəşəm oyununu da qeyd etmək lazımdı.
“Atletiko”nun çıxışını proqnozlaşdırmaq çətindi. Ötən tur “Real”ı darmadağın edən “hindular” bu dəfə autsayderlərdən “Selta” ilə oyunda xal itirdi. Lanqle 40-cı dəqiqədə meydandan qovulmaqla debütdə hesabı açan “Atletiko”nu pis vəziyyətdə qoydu. Dieqo Simeone çıxış yolunu fasilədən sonra Qrizmannın əvəzinə meydana daha bir müdafiəçi buraxmaqda gördü. Amma bu da qələbə hesabını qorumağa imkan vermədi. Sonradan oyuna qoşulan Aspas Oblakın qapısına yol tapdı. “Selta” uzatma dəqiqələrində qələbə topunu vurmağa da yaxın oldu.
La Liqada son 4 oyunda qələbə qazanmayan, ÇL-ə məğlubiyyətlərlə başlayan “Atletik” üçün “Malyorka” vəziyyəti düzəltmək baxımından münasib rəqib idi. Basklar hesabı 9-cu dəqiqədə İnyaki Uilyamsın penalti qolu ilə açdı. 77-ci dəqiqədə balearlılar hesabı bərabərləşdirdi. Ancaq 53-cü dəqiqədə zədədən dönən Niko Uilyamsı da meydana buraxan Ernesto Valverde qələbə istəyinə çatdı. Reqo sona az qalmış cərimə meydançasının mərkəzindən qarşısıalınmaz zərbə vurdu.
Turun qalan oyunlarına gəlincə, “Jirona” mövsümdə ilk qələbəsini qazandı, “Elçe” ilk məğlubiyyətin acısını daddı. “Betis” səfərdə “Espanyol” üzərində əzmkar qələbə qazandı. “Osasuna” evdə “Xetafe”dən, “Levante” səfərdə “Ovyedo”dan üstün oldu. İsakın gedişindən sonra ciddi böhran yaşayan “Real Sosyedad” “Rayo Valyekano”ya uduzdu.
8-ci tur
Real – Vilyarreal 3:1

Vinisius, 47; 69. Mbappe, 81 – Mikautadze, 73. (75216)
Real: Kurtua, Valverde, Militao, Höysen, Karreras, Sebalyos (Kamavinqa, 64), Çuameni, Gülər (Bellingem, 64), Mastantuono (Dias, 75), Vinisius, Mbappe (Rodriqo, 83).
Sevilya – Barselona 4:1
Sançes, 13-p. Romero, 36. Karmona, 90. Adams, 90+6 – Reşford, 45+7. (41040)
Barselona: Şensnı, Martin (Balde, 46), Kubarsi, Arauxo (E.Qarsiya, 46), Kunde, De Yonq (Kristensen, 88), Pedri, Torres (Bardaqji, 69), Olmo, Reşford, Levandovski.
Selta – Atletiko 1:1
Aspas, 68 – Starfelt, 6-öz qapısına. (20877)
Atletiko: Oblak, Hantsko, Lanqle, Le Norman, Lyorente, Koke (Qallaher, 77), Barrios, Simeone (Molina, 82), Qonsales, Qrizmann (Qalan, 46/Baena, 76), Alvares (Sörlot, 82).
Atletik – Malyorka 2:1
İ.Uilyams, 9-p. Reqo, 82 – Koşta, 77. (47098)
Atletik: Simon, Areso, Vivian, Lyaport, Berçiçe, De Qalarreta (Lekue, 82), Xauregisar, Serrano (Reqo, 62), Quruseta (Sannadi, 62), Navarro (İseta, 82), İ.Uilyams (N.Uilyams, 53).
Jirona – Valensiya 2:1
Vanat, 18. Martines, 63 – Lopes, 57. (10867)
Alaves – Elçe 3:1
Visente, 76-p. Martines, 81. Boye, 90+5 – A.Silva, 90+3. (16203)
Espanyol – Betis 1:2
Losano, 15 – K.Ernandes, 54. Ezzalzuli, 63. (32778)
Osasuna – Xetafe 2:1
Bretones, 45+3. Katena, 90 – Mayoral, 23. (19895)
Ovyedo – Levante 0:2
Alvares, 30. Eyonq, 72. (23878)
Real Sosyedad – Rayo Valyekano 0:1
Espino, 84. (31189)
1. Real 8 7 0 1 19-9 21
2. Barselona 8 6 1 1 22-9 19
3. Vilyarreal 8 5 1 2 14-8 16
4. Betis 8 4 3 1 13-8 15
5. Atletiko 8 3 4 1 15-10 13
6. Sevilya 8 4 1 3 15-11 13
7. Elçe 8 3 4 1 11-9 13
8. Atletik 8 4 1 3 9-9 13
9. Espanyol 8 3 3 2 11-11 12
10. Alaves 8 3 2 3 9-8 11
11. Xetafe 8 3 2 3 9-11 11
12. Osasuna 8 3 1 4 7-8 10
13. Levante 8 2 2 4 13-14 8
14. Rayo Valyekano 8 2 2 4 8-10 8
15. Valensiya 8 2 2 4 10-14 8
16. Selta 8 0 6 2 7-10 6
17. Ovyedo 8 2 0 6 4-14 6
18. Jirona 8 1 3 4 5-17 6
19. Real Sosyedad 8 1 2 5 7-12 5
20. Malyorka 8 1 2 5 7-13 5
Bombardirlər: Mbappe (Real) - 9, Alvares (Atletiko) – 6, Vinisius (Real), Eyonq (Levante) – 5.
Növbəti turun oyunları oktyabrın 17-20-si aralığında keçiriləcək: Ovyedo – Espanyol, Sevilya – Malyorka, Barselona – Jirona, Vilyarreal – Betis, Atletiko – Osasuna, Elçe – Atletik, Selta – Real Sosyedad, Levante – Rayo Valyekano, Xetafe – Real, Alaves – Valensiya.
Turun rəqəmi
533 – Yaqo Aspas “Sellta”nın heyətində oyun sayına görə klub rekordunu təkrarladı. 38 yaşlı forvard Viqo klubunda 533-cü oyununu keçirməklə sabiq müdafiəçi Manolonun 50 illik rekorduna şərik oldu.
Turun ulduzu
Vinisius (Real) – braziliyalı rəqibə “qan uddurdu”. Həm dubl etdi, həm də Mourinyonun qovulmasına səbəbkar olmaqla madridlilərin qələbə yolunu “hamarladı”.
Turun sitatı
Santo Komesanya, “Vilyarreal”ın yarımmüdafiəçisi (Vinisiusun Marinlə mübarizə zamanı yerdə qalmasına görə təyin olunan penalti haqda):

“Penalti təyin olunması üçün daha ciddi əsaslar lazımdı. Sadəcə, baxın ki, Vinisius iki ayağını bir-birinə dolaşdıraraq necə yerə yıxılır. Qovulma ilə bağlı məsələ də belədi: Mourinyo yalnız onun önündə dayanmışdı. Onsuz da “Bernabeu”da qalib gəlmək çətindi, belə şeylər də olanda isə...”


Faktlar
* “Barselona” çempionatda son 10 ildə ilk dəfə “Sevilya”ya uduzdu. Sonuncu belə məğlubiyyət 2015-ci ilin oktyabrında səfər oyununda qeydə alınmışdı (1:2). “Sevilya” 21-ci əsrdə bütün turnirlər çərçivəsində 3-cü dəfə “Barsa”nı darmadağın etdi.
* Levandovski La Liqada penaltini ən pis yerinə yetirənlər sırasındadı. O, çempionatda “nöqtə”yə yaxınlaşdığı 10 halın üçündə uğursuz olub. Polşalının La Liqada çıxış etməyə başladığı 2022/23 mövsümündən bəri yalnız iki futbolçu – “Sevilya”dan Aspas və “Malyorka”dan Muriqi penaltini daha pis yerinə yetirib (hərəyə 4 qeyri-dəqiq zərbə). “Vilyarreal”dan Parexo da bu müddətdə üç penaltini boşa verib.
Oyundan sonra
Xabi Alonso, “Real”ın baş məşqçisi:

“Çox yaxşı hisslər yaşayıram. Oyuna ciddi kökləndik, inadkarcasına oynadıq. Yaxşı qələbə qazandıq. Yanaşmamız həmişə eynidi: dominantlıq etməliyik. Mbappe topuq nahiyəsində narahatlıq hiss etdi, görək necə olur. Mastantuonoda da əzələ yüklənməsi var. Vinisiusun oyununu çox bəyəndim, heç də təkcə qollara görə yox. Müdafiəni yardı, çoxlu təhlükəli vəziyyət yaratdı”.

Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Problemin sxem və ya strategiya ilə bağlı olduğunu düşünmürəm. Ciddi səhvlərə yol verdik. İlk yarıdakı oyunumuz yaxşı deyildi. PSJ ilə oyundan sonra demişdim ki, məğlubiyyətdən dərs almalıyıq. İndi də eyni sözü deyirəm. Ümid edirəm ki, yığma fasiləsindən daha güclü qayıdacağıq. Uduzmuşuq, bunu qəbul edirəm. Bu enerjini və qəzəbi mövsümün sonuna qədər qorumalıyıq. Bugünkü nəticə bizi sevindirmir, ancaq futbolda belə hallar olur. İşə davam etməliyik”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“60 dəqiqə azlıqda oynadıq, bütün oyunçular çox çalışdı. Həmişə müsbət məqamlara köklənirəm. Müsbət məqam odu ki, qırmızı vərəqə üzündən çətin vəziyyətə düşən komanda yaxşı reaksiya göstərdi. Futbolçular yorulmadan çalışdı, belə vəziyyətdə 60 dəqiqə oynamaq asan deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri