“Barselona” Luiş Fiquya görə “Revolut”un sponsorluq təklifini rədd edib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona” potensial yeni maliyyə sponsoru kimi “Revolut”u nəzərdən keçirib, lakin keçmiş futbolçusu Lui Fiqu ilə əlaqəsinə görə rəqəmsal bankın təklifini rədd edib.
İdman.Biz xəbər verir ki, məlumat “Catalunya Radio”nun “Barça reservat” podkastında açıqlanıb.
“Barselona” “CaixaBank”la əvvəlki razılaşmasının müddəti bir ildən çox əvvəl başa çatdıqdan sonra yeni maliyyə sponsoru axtarışındadır.
“Revolut” potensial variantlardan biri olub. Lakin klub iqtisadi deyil, daha çox emosional səbəblərə görə tərəfdaşlıqdan imtina edib.
Fiqu “Revolut”un onun 2000-ci ildə “Barselona”dan “Real Madrid”ə keçidi ilə bağlı son kampaniyasının simasıdır. Bank həmin keçiddən öz xidmətinin, yəni bankların dəyişdirilməsi ilə bağlı mesajını çatdırmaq üçün istifadə edib.
Bu isə “Revolut”la mümkün əməkdaşlığı “Barselona” üçün xüsusilə həssas edib.
Buna görə klub təklifi nəzərdən keçirsə də, “Revolut”la əməkdaşlıqdan imtina etmək qərarına gəlib. “CaixaBank”la danışıqların isə hələ də davam etdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 Sentyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















