“Barselona” ona elçi düşdü 50 milyon ödəməyə hazırdır
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona” heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, tanınmış jurnalist Aleks Rodriges Sançesin yaydığı məlumata görə, Kataloniya klubunun idman direktoru Deko PSJ-nin fransalı hücumçusu Bredli Barkolanın agenti ilə görüş planlaşdırıb.
Məlumata görə, onlar Barkolanın transferi üçün Paris klubuna 50 milyon avro təklif edəcəklər və Fransa təmsilçisinin bu təklifi qəbul etməyə hazır olduğu bildirilir. Kataloniyalılar 23 yaşlı futbolçunun özünə isə vergilər çıxılmaqla illik 13 milyon avro maaşla 5 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Bredli Barkola PSJ-də üç mövsüm keçirib. Bu müddət ərzində gənc hücumçu 152 rəsmi matçda meydana çıxaraq 39 qol və 37 məhsuldar ötürmə ilə yaddaqalan performans nümayiş etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 13 İyun 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















