“Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər SƏBƏB
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın “Barselona” klubu “Qalatasaray”la keçiriləcək qarşılaşmada əsas heyətin bir sıra futbolçularına istirahət verə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya təmsilçisinin sıx oyun təqvimi baş məşqçini heyətdə dəyişikliklər etməyə məcbur edə bilər.
“Barselona” 15 gün ərzində Fransanın PSJ, İspaniyanın “Real”, “Betis” və “Xetafe” klubları ilə qarşılaşacaq. Bu səbəbdən “Qalatasaray”la görüşdə ehtiyat futbolçulara şans verilməsi ehtimal olunur.
Qeyd edək ki, “Qalatasaray” – “Barselona” matçı oktyabrın 13-də UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində İstanbulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















