Braziliyalı hücumçu Qalatasaray la Barselona nın hədəfində
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
"Şaxtyor"un hücumçusu Kauan Elias eyni anda bir neçə Avropa klubunun diqqətini cəlb edib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçuya ən çox maraq göstərənlər "Barselona", "Borussiya" (Dortmund) və "Qalatasaray"dır. İstanbul klubu Eliası yay transfer pəncərəsində Mauro İkardinin potensial əvəzedicisi hesab edir.
Eyni zamanda Braziliyanın "Flamenqo" klubu 20 yaşlı forvard üçün "Şaxtyor"a 22 milyon avroluq təklif göndərib. Ukrayna təmsilçisi bu təklifi qəbul etməyib. Onlar gənc oyunçu üçün 35 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Şaxtyor" Kauan Eliası 2025-ci ilin fevralında "Fluminense"dən 17 milyon avroya transfer edib. Braziliya U-17 millisinin sabiq üzvü bu mövsüm "mədənçilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yaddaqalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 11 May 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















