“Barselona” transferdə rahat nəfəs aldı
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsi ilə bağlı vacib üstünlük əldə edib.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın maliyyə feyr-pley qaydaları çərçivəsində 1:1 prinsipinə uyğun gəldiyini artıq bilir.
Bu, “Barselona”ya futbolçuları adi qaydada transfer etmək və qeydiyyatdan keçirmək imkanı verəcək. Klubun bundan sonra yeni oyunçuların qeydiyyatı üçün əlavə maliyyə manevrlərinə ehtiyac duymayacağı vurğulanır.
1:1 qaydası kluba əldə etdiyi gəlir və ya azad etdiyi maaş büdcəsi qədər xərc çəkməyə imkan verir. Bu prinsipə uyğunluq “Barselona” üçün xüsusilə vacib sayılırdı. Çünki klub son illərdə yeni transferlərin La Liqada qeydiyyatı ilə bağlı dəfələrlə çətinlik yaşamışdı.
Bu qərardan sonra “Barselona”nın yay transfer pəncərəsində daha fəal davranacağı gözlənilir.
Baxış sayı:62
Bu xəbər 02 İyul 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















