Putinlə Trampın ikitərəfli görüşü başladı Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur.
Bu görüş Putin və Tramp arasında 2025-ci ilin avqust ayında keçirilən Ankoric sammitindən sonra ilk üzbəüz təmas kimi diqqət çəkir. Rusiya və ABŞ liderləri son doqquz ildə - Trampın hər iki prezidentlik dövrünü əhatə etməklə - sayca səkkizinci dəfə bir araya gəlirlər.
Qeyd edək ki, dünən dövlət başçıları sammit çərçivəsində təşkil edilən təntənəli qəbul zamanı ayaqüstü söhbət edərək əl sıxıb və qısa fikir mübadiləsi aparmışdılar. Hazırda isə tərəflər nümayəndə heyətlərinin iştirakı ilə tam tərkibdə danışıqlar aparırlar. Şençjendə keçirilən sammitdə həmçinin Çin Sədri Si Cinpinin də iştirakı ilə üçtərəfli formatda müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Noyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















