Icma.az
close
up
RU
“Barselona” və İspaniya yığması Yamala görə dava qırğındadı

“Barselona” və İspaniya yığması Yamala görə dava qırğındadı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Lamin Yamal bu gün dünya futbolunun şəksiz-şübhəsiz bir nömrəli ulduzudu.

Bu o anlama gəlməsin ki, Lamin sabit şəkildə bütün başqa futbolçuları yaşıl meydanda daim arxada qoyur və ya yaxın illərdə bir neçə “Qızıl top” qazanacaq. Yox, sadəcə, onun fenomenal oyununun arxasında həm də idmana daxil olmayan bir sürü məsələ dayanır. Özü də heç də həmişə pozitiv olmayan.
İndi planetdə bu qədər fəal və detallı şəkildə müzakirə olunan bir başqa futbolçu yoxdu. Demək lazımdı ki, məhz Lamin özü onunla bağlı müzakirələr üçün müntəzəm mövzular verir. Cırtdanlarla gecə məclisi, müxtəlif qızlarla görüşlərin təqvimi, sosial şəbəkələrdə qıcıqlandırıcı paylaşımlar – bunlar Yamalla bağlı olan önəmli hadisələrin bir hissəsidi.
Qəribə zədə və klubla yığma arasındakı münaqişə
Təbii ki, Lamin ətrafında daim onun birbaşa iştirakı olmayan hadisələr də baş verir. Məsələn, oktyabrın əvvəlində əməlli-başlı qalmaqal qopdu – “Barselona” ilə İspaniya yığması üz-üzə gəldi. Hər şey Yamala görədi. Sentyabrdakı beynəlxalq fasilənin ardından gənc istedadın qasıq zədəsindən əziyyət çəkdiyi aydın oldu. Artıq onda kataloniyalıların baş məşqçisi Hans-Diter Flik kimi günahkar saydığını elan etdi:

“Lamin fasilə dövründə bir gün də məşq etmədən oynayıb. Belə duruma görə çox məyusam”.

Ulduzun dəqiq bərpa müddəti açıqlanmasa da, “Valensiya” və “Nyukasl” ilə oyunlarda meydanda görünməsi istisna olunurdu. Nəticədə o, hətta “Xetafe” və “Ovyedo” ilə oyunları da buraxaraq yaşıl meydana yalnız sentyabrın 28-də döndü. “Real Sosyedad”la oyunda sonradan meydana çıxdı və Levandovskinin qələbə qolunun ötürməsini verdi. Ardından vinger Çempionlar Liqası çərçivəsində PSJ-yə qarşı da oynadı, özü də 90 dəqiqə.
Belədə düşünmək olardı ki, De la Fuentenin futbolçunu milli komandanın oktyabr toplanışında heyətə çağırmaq üçün bütün əsasları var – Lamin sağalıb, klubun heyətində tam oyun keçirib.
Yığmanın baş məşqçisi də belə etdi, Yamalı çağırdı, dünya çempionatının seçmə mərhələsinin Gürcüstan və Bolqarıstan ilə oyunlarında ona bel bağladığını göstərdi. Yalnız bir nüans var: insaydlara inansaq, Lamin yığmanın baş məşqçisi ilə əlaqə saxlayaraq ona qasıq nahiyəsində hələ də narahatlıq hiss etdiyini çatdırıb.
Laminin niyyəti aydındı – dincəlmək və eyni zamanda müalicəni başa çatdırmaq istəyirdi, nəinki yığmanın heyətində iki oyunda görünmək. Ancaq De la Fuente qəti mövqe seçdi: “Barsa”da oyuna çıxırsansa, yığmanın da formasını geyməlisən! Kataloniyalıların idman direktoru Dekunun müdaxiləsi də işə yaramadı. Yığmanın baş məşqçisi hətta Flikin bir qədər əvvəl tanış olduğunuz açıqlamasına da sərt cavab verdi: “mənim üçün fərqi yoxdu”. Razılaşaq ki, Avropa çempionlarının baş məşqçisi sərt və müəyyən dərəcədə aqressiv yanaşma göstərdi.
Bu münaqişədə milli komandanın dominant tərəf kimi görünməsini istəməyən “Barselona” Yamalın köhnə zədəsini yenilədiyini açıqlamaqla daha bir qəribə gediş etdi. De la Fuente bundan sonra Lamini oktyabr toplanışı üçün yekun heyətdən çıxarmağa məcbur oldu. Ancaq Kataloniya klubu bununla özünə də zərbə vurdu: axı komandanın lideri “Sevilya” ilə çempionat oyununu buraxmalı oldu və əndəlüslər Flikin yetirmələrini darmadağın etdi – 4:1. Rafinyanın da zədədən əziyyət çəkdiyini nəzərə alsaq, Yamal ətrafındakı tibbi intriqalar heç yerinə düşmür. “Barsa” ardıcıl iki oyunda uduzdu, La Liqada liderliyi yenidən əldən verdi və belə görünür ki, böhran yaşayır. “Sevilya” ilə həmin oyunda Flik Yamalın yoxluğunu açıq-aşkar hiss etdi. Məhz Lamin kataloniyalıların sadəlövh hücumlarını canlandıra bilərdi.
Yamal üçün hansı fəsadlar olacaq?
İndiki durumda münaqişənin bütün iştirakçılarını anlamaq olar. “Barselona” belə hesab edir ki, əsas ulduzunun heç bir bəraəti olmayan riskə atılması doğru deyil. Milli komandanın rəhbərliyi isə istisnasız öz maraqları çərçivəsində hərəkət edir. Gerçəkdən də De la Fuentenin nə vecinə ki, hansı komanda La Liqanın turnir cədvəlinin zirvəsində qərarlaşıb, kimin neçə xalı var? O, hazırda ən yaxşı formada olan ispan futbolçuları çağırır, qalan məqamlar isə önəmli deyil.
Nəticədə bütün tərəflər ziyan çəkir. “Barsa” sərəncamında tam sağlam olmayan oyunçunu görür, İspaniya yığması hücumun liderinin əməyindən məhrum olur, Yamal özü isə bütün tərəflərdən əlavə təzyiqlə üzləşir. Yox, əlbəttə, belə durum Lamini sözün yaxşı mənasında qıcıqlandıra da bilər. Ancaq ideal dünyada idmançının mental rahatlığı üçün bütün şərtlər təmin olunur ki, o, yalnız oyuna köklənə bilsin. Bu məqamda osə 18 yaşlı yeniyetmə pressinq altına düşüb.
Yamala, daha dəqiqi, onun böyük və parlaq gələcəyinə görə narahatlıq keçirməyə dəyər. Klubun və milli komandanın çılğın şəkildə Yamalın istedadından yararlanmağa çalışdığı məqamda futbolçu özü açıq-aydın çəkir. Bəlkə də bunun fərqinə varmadan. Fiziki yükləmə, funksionerlərin beyninin məhsulu olan müntəzəm psixoloji oyunlar, dünyadakı idmançıların 99 faizinin üzərində olmayan nəhəng təzyiq - bütün bu çətinliklər Laminin potensialının sarsıda bilər. Onun bu yükün altından çıxa biləcəyinə inanmaq istərdik. Və görünür, heç kim Laminə yardım etməyəcək. Heç buna borclu da deyillər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Oktyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri