“Barselona”da yeni müqavilə rəsmi
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Barselona” futbolçusu Frenki de Yonq ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Niderlandlı futbolçu 2019-cu ildən “Barselona”da çıxış edir. O, 267 oyunda 19 qol vurub, 24 məhsuldar ötürmə edib.

