“Barselona”nı Sequndada görmək istəyirəm”
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Madridin “Real” klubunun prezidentliyə namizəd Enrike Rikelme əzəli rəqibləri “Barselona” ilə bağlı diqqətçəkən açıqlama verib.
QOL.az xəbər verir ki, o, “OneFootball”a müsahibəsində Kataloniya təmsilçisinin İspaniya ikinci liqasında çıxış etməsini arzuladığını bildirib.
“Barselona”nı Sequndada görmək istəyirəm. Bu, məni sevindirər, böyük zövq verərdi”, - deyə Rikelme bildirib.
O, “Barselona”nın “yox” olmasını istərdinizmi?” sualına isə belə cavab verib:
“Bununla bağlı heç bir problemim olmazdı. Amma mən əsasən “Real”ın qalib gəlməsini istəyirəm. Digər klubların taleyi məni o qədər də maraqlandırmır”.
Qeyd edək ki, “Real”da prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkidə hazırkı prezident Florentino Peres və iş adamı Enrike Rikelme mübarizə aparacaq.
Baxış sayı:95
Bu xəbər 03 İyun 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















