Təyyarəni kartofla doldurdular Mühəndislərin məqsədi nə idi?
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Boeing” mühəndisləri təyyarə salonunda Wi-Fi siqnalının yayılmasını yoxlamaq üçün qeyri-adi üsula əl atıblar. Sərnişinləri əvəz edən doqquz ton kartof simsiz internetin keyfiyyətini sınaqdan keçirməyə kömək edib.
Moderator.az “Gry-Online.pl” nəşrinə istinadla xəbər verir ki, təcrübə 2012-ci ildə həyata keçirilib. Mühəndislər müəyyən ediblər ki, boş təyyarədə aparılan ölçmələr real nəticə vermir. Çünki insan bədəni radio dalğalarını udur və əks etdirir, bu da Wi-Fi siqnalının yayılmasına təsir göstərir.
Onlarla könüllünü iki həftə ərzində təyyarədə saxlamaq əvəzinə, mütəxəssislər təxminən 80 faizi sudan ibarət olan kartofdan istifadə etmək qərarına gəliblər. Doqquz ton kartof torbalara yığılaraq sərnişin oturacaqlarında yerləşdirilib.
Təcrübə 14 gündən 10 saata endirildi
“SPUDS” adlandırılan sınaq mühəndislərə gecə-gündüz ölçmələr aparmağa imkan verib. Nəticədə, iki həftə davam etməsi planlaşdırılan proses cəmi 10 saata başa çatıb.
Təcrübə zamanı Wi-Fi siqnalının zəif olduğu sahələr müəyyənləşdirilib, təkrarlayıcıların yerləşməsi və parametrləri tənzimlənib. Daha sonra nəticələr real sərnişin könüllülərinin iştirakı ilə də yoxlanılıb və ilkin hesablamaların düzgünlüyü təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 30 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















