Hörmüz boğazında iki tanker saxlanılıb SEPAH
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin hərəkətinin dayandığını bildirib.
Modern.az xəbər verir ki, İran tərəfinin iddiasına görə, gəmilər naviqasiya və mövqemüəyyənetmə sistemlərini söndürərək ABŞ hərbçilərinin dəstəyi ilə qadağan olunmuş marşrutdan keçməyə çalışıblar.
SEPAH tankerlərin bir neçə radioxəbərdarlığa məhəl qoymadan təhlükəli zonaya daxil olduğunu, burada baş verən hadisələrdən sonra boğazın cənub sahilləri yaxınlığında hərəkətsiz qaldığını açıqlayıb.
İran hərbçiləri gəmilərdə yanğınların baş verdiyini də iddia ediblər. Onlar hadisələrə görə ABŞ ordusunun fəaliyyətini və ekipajların İranın müəyyənləşdirdiyi keçid qaydalarına əməl etməməsini səbəb göstəriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Oktyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















