“Barselona”nın illərdir dəyişməyən transfer strategiyası
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniyanın “Barselona” futbol klubu müxtəlif dövrlərdə “La Masia”da yetişən, başqa komandalarda təcrübə qazandıqdan sonra yenidən Kataloniya təmsilçisinə qayıdan futbolçulara üstünlük verib.
İdman.Biz xəbər verir ki, bu siyahıda Dani Olmo, Jerar Pike, Sesk Fabreqas, Jordi Alba, Erik Qarsiya və digər tanınmış futbolçular yer alırlar.
Pike 2004-cü ildə “Barselona”dan ayrılaraq İngiltərənin “Mançester Yunayted” futbol klubuna keçib. O, 2008-ci ildə Kataloniya klubuna qayıdıb və ikinci dönəmində 616 oyuna çıxaraq səkkiz La Liqa və üç Çempionlar Liqası titulunun qazanılmasında iştirak edib.
Fabreqas isə 2003-cü ildə, 16 yaşında “La Masia”dan İngiltərənin “Arsenal” futbol klubuna keçib. O, Londonda səkkiz mövsüm keçirdikdən sonra 2011-ci ildə “Barselona”ya qayıdıb. İspaniyalı yarımmüdafiəçi Kataloniya klubundakı üç mövsümdə altı titul qazanıb.
Jordi Alba da “Barselona” akademiyasında yeddi il keçirdikdən sonra 2005-ci ildə ayrılıb. “Kornelya”, “Ximnastik” və “Valensiya”da çıxış etdikdən sonra 2012-ci ildə yenidən Kataloniya klubuna dönüb. Alba “Barselona”nın heyətində 461 rəsmi oyuna çıxıb, 27 qol vurub və 19 titul əldə edib.
Dani Olmo 2014-cü ildə, 16 yaşında “La Masia”dan ayrılaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) futbol klubuna keçib. Daha sonra Almaniyanın “Leyptsiq” futbol klubunda çıxış edən yarımmüdafiəçi 2024-cü ildə “Barselona”ya qayıdıb. Kataloniya klubu onun transferi üçün 55 milyon avro və əlavə bonuslar ödəyib.
Erik Qarsiya da oxşar yol keçib. Müdafiəçi 2018-ci ildə “Barselona”dan İngiltərənin “Mançester Siti” futbol klubuna yollanıb və 2021-ci ildə yenidən doğma klubuna qayıdıb.
Bu strategiyanın digər nümunələri sırasında Jerar Lopes, Adama Traore, Ektor Bellerin və Oriol Romeu da var. Bundan başqa, Aleyş Vidal, Denis Suares və Jerar Deulofeu da müxtəlif illərdə “Barselona”ya geri dönən futbolçular arasında olublar.
Beləliklə, “Barselona” uzun illərdir akademiyasında yetişən, başqa klublarda peşəkar təcrübə qazanan futbolçuları yenidən heyətinə cəlb etməyi transfer siyasətinin bir hissəsi kimi istifadə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 22 Avqust 2026 05:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















