Baş direktor böhranı yaşayan Nvidia nın gəliri 103 faiz artıb
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Kaliforniya ştatında yerləşən çip istehsalçısı Nvidia-nın gəliri üç aylıq dövrdə illik müqayisədə 103 faiz artaraq 115,8 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib.
Nvidia 2027-ci maliyyə ilinin üçüncü rübü hesab etdiyi, oktyabrın 25-də başa çatan üç aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb. Beləliklə, şirkətin sözügedən dövrdə əldə etdiyi gəlir illik müqayisədə 103 faiz artaraq 115,8 milyard dollara yüksəlib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəlirini əvvəlki rüblə müqayisədə də 20 faiz artıran Nvidia ötən maliyyə ilinin eyni dövründə 57 milyard dollar gəlir əldə etmişdi.
Nvidia-nın bu dövrdəki gəliri 108,85 milyard dollarlıq bazar gözləntisini üstələyib.
Şirkət maliyyə ilinin üçüncü rübündə məlumat mərkəzləri üzrə gəlirinin illik müqayisədə 110 faiz artaraq 107,6 milyard dollara çatdığını bildirib.
Nvidia cari rüb üzrə gəlir proqnozunu 130 milyard dollar olaraq açıqlayıb. Şirkət bu proqnoza Çində məlumat mərkəzləri üçün hesablama həllərindən əldə edilə biləcək gəliri daxil etmədiyini vurğulayıb.
Şirkətin mənfəəti ikiqat artıb
Nvidia-nın xalis mənfəəti də sözügedən rübdə illik müqayisədə 105 faiz artaraq 65,3 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti ötən maliyyə ilinin eyni dövründə 31,9 milyard dollar təşkil etmişdi. Nvidia-nın səhm başına mənfəəti də bu dövrdə 1,3 dollardan 2,7 dollara yüksəlib.
Şirkətin maliyyə nəticələrinə dair açıqlamasında bildirilib ki, maliyyə ilinin üçüncü rübünün sonuna səhmlərin geri alınması üçün təsdiqlənmiş büdcə üzrə təxminən 227,3 milyard dollar vəsait qalıb.
Nvidia-nın növbəti rüblük nağd dividendini, hər səhm üzrə 25 senti, dekabrın 2-nə olan vəziyyətə görə qeydiyyatda olan səhmdarlarına dekabrın 23-də ödəyəcəyi bildirilib.
“Yol xəritəmiz plana uyğun irəliləyir”
Nvidia-nın baş direktor vəzifəsini müvəqqəti icra edən maliyyə direktoru (CFO) Kolet Kress maliyyə nəticələrinə dair açıqlamasında şirkətin real irəliləyiş əldə etdiyini bildirib.
Şirkətin Vera Rubin platformasının sürətli və təsirli başlanğıc etdiyini qeyd edən Kress deyib: “Yol xəritəmiz plana uyğun irəliləyir və hədəflərimiz həmişəkindən daha böyükdür.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















