Icma.az
close
up
RU
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə müraciət edib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara yenidən müraciət edib.

BDYPİ-dən  verilən məlumata görə, son zamanlar piyada vurma hallarının təhlili qəzaların əsasən piyadaların yolu müəyyən olunmayan yerlərdən keçməsi, nəqliyyat vasitələrinin önündən anidən yola çıxmaları, yolu keçərkən yola baxmamaları və sair kimi hallar səbəbindən baş verdiyini göstərir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi piyadalar öz həyatlarına biganə yanaşaraq, yol hərəkəti qaydalarını kobud formada pozur, nəticədə həyatlarını itirirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha həyat əhəmiyyətli təhlükəsizlik qaydalarını piyadaların və sürücülərin diqqətinə çatdırır. Piyadalar üçün təhlükəsizlik qaydaları:

• Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin – Piyada keçidləri, yeraltı və ya yerüstü keçidlərdən istifadə edin.

• İşıqforun siqnallarına riayət edin – Yalnız yaşıl işıqda yolu keçin. Qırmızı işıqda dayanmaq vacibdir.

• Göz təması qurun – Sürücünün sizi gördüyünə əmin olun.

• Telefon və qulaqcıqlardan istifadə etməyin – Yolu keçərkən diqqətiniz dağılmamalıdır.

• Gecə vaxtı reflektorlu və ya açıq rəngli geyim geyinin – Bu, sürücülərin sizi daha yaxşı görməsinə kömək edər.

• Dayanmış avtomobilin qarşısından yolu keçməyin – Bu, digər sürücülərin sizi görməməsinə səbəb ola bilər.

• Qaçaraq və ya ani hərəkətlə yolu keçməyin – Sürücülər sizin hərəkətinizi əvvəlcədən görməli və reaksiya verməyə vaxt tapmalıdırlar.

Sürücülər üçün təhlükəsizlik qaydaları:

• Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın – Piyadalara yol verməyə hazır olun.

• İşıqforlara və yol nişanlarına əməl edin – Xüsusilə məktəb və xəstəxana yaxınlığında daha diqqətli olun.

• Yağışlı və qarlı havada ehtiyatlı sürün – Yol sürüşkən ola və əyləc məsafəsi uzana bilər.

• Piyadaları gözləyin və göz təması qurun – Əmin olun ki, piyada sizin maşını dayandırdığınızı anlayır.

• Telefon və digər yayındırıcı vasitələrdən istifadə etməyin – Sürərkən diqqətiniz tam yolda olmalıdır.

• Alkoqollu içkilərdən sonra sükan arxasına keçməyin – Bu, həm sizin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəlidir.

• Uşaqlı və yaşlı piyadalara xüsusi diqqət ayırın – Onlar daha ləng hərəkət edə bilər və təhlükəni vaxtında fərq etməyə bilər.

• Maksimum sürət həddini aşmayın – Sürət həddi piyadaların və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini qorumaq üçün müəyyən edilib.

Bu qaydalara riayət etməklə yollarda təhlükəsizliyi təmin etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:344
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri