Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu bildirib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə hazır olduğunu bildirib.
APA-nın məlumatına görə, Lukaşenko bunu Fransanın “Le Point” jurnalına müsahibəsi zamanı deyib.
“Biz Volodimir Zelenski ilə birlikdə oturub Moskvaya uça bilərik. İkimiz. Mən onun təhlükəsizliyinin təminatçısı kimi onunla birlikdə təyyarəyə minib Moskvaya gedə bilərəm”, – Belarus lideri bildirib.
Lukaşenko belə bir danışıqlar formatının müsbət nəticə verəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu halda müharibənin dayandırılması və gələcək münasibətlərin qurulması ilə bağlı avropalılarla müqayisədə daha tez razılığa gəlmək mümkün olar.
“Onsuz da Ukrayna, Belarus və Rusiyanın gələcəyini biz üçümüz müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Tarixən də, indi də bu regionda gələcəkdə necə yaşayacağımıza dair qərarı üç əsas slavyan xalqı verəcək”, – o vurğulayıb.
Jurnalistlərdən birinin Zelenskinin belə bir danışıqlar formatına razı olmayacağı barədə sualına isə Lukaşenko belə cavab verib: “Razılaşmasa, qoy döyüşsün. Qoy özü avtomat götürüb cəbhəyə getsin və vuruşsun. Müharibə gedir və onu dayandırmaq lazımdır. Biz isə razılığa gələ bilərdik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















