Baş katib: BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı planı həqiqi siyasi həllə doğru ilk addımdır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qahirə, 19 noyabr, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının Qəzzada müharibənin sona çatdırılması ilə bağlı qəbul etdiyi qərar həqiqi siyasi həllə doğru atılmış ilk addımdır. Növbəti mərhələdə bu qərarı Fələstin xalqına xidmət edəcək real addımlara çevirmək üçün geniş miqyasda iş tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbulğeyt deyib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının bu qərarı Qəzzanın bərpası üçün beynəlxalq öhdəliyi əks etdirir və Fələstin dövlətinin qurulması üçün etibarlı bir yolun başlanğıcını göstərir. O, böhranın həlli və sabitlik üçün işğalın sona çatmasının zəruriliyini vurğulayıb.
Baş katib, həmçinin iyirmi bənddən ibarət planın ikinci mərhələsinin tez bir zamanda həyata keçiriləcəyinə və bərpa üçün lazımi yardım və materialların gətirilməsinə dair öhdəliklərin yerinə yetirilməsinə ümid etdiyini diqqətə çatdırıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















