Baş katib: Karbon emissiyalarını azaltmaq üçün tətbiq edə biləcəyimiz bir çox tədbirlər var AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
Əsl dəyişiklik üçün etməli olduğumuz tək şey, danışmağı bir kənara qoyub hərəkətə keçməkdir. Çünki davamlılıq sözlə deyil, əməl ilə qurulur. Karbon emissiyalarını azaltmağa yönəlik tətbiq edə biləcəyimiz bir çox tədbirlər var. Azərbaycanın 5 min sürücüsünə nəqliyyat idarə edərkən ətraf mühitə daha səmərəli olmaq üçün təlim keçdiyimizə görə çox qürurluyam.
Bunu AZƏRTAC-a müsahibəsində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi Umberto de Pretto deyib.
"Hökumətlərdən yol nəqliyyat sənayesi ilə işləməyini istəyirəm. İnsanların avtobuslara və qatarlara minməsi, daha yaxşı təlim keçmiş sürücülərin idarə etdiyi təhlükəsiz taksilərdən istifadəsi vacibdir.
Biz emissiyalarımızı azaldacağıq. Bu gün yollarda olan yük maşınlarının 99,3 faizi dizeldir. Əgər belədirsə, biz bunu daha səmərəli necə edə bilərik? Bütün suallara cavab tapmaq məqsədilə çalışmalıyıq ki, layihələrimizi həyata keçirək", - deyə Umberto de Pretto bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















