Icma.az
close
up
RU
Baş katib: “Şəhanənin tibbi təsnifatdan keçə bilməməsi onun əvvəlki uğurlarına kölgə salmamalıdır” MÜSAHİBƏ

Baş katib: “Şəhanənin tibbi təsnifatdan keçə bilməməsi onun əvvəlki uğurlarına kölgə salmamalıdır” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimovun İdman.biz-ə müsahibəsi

- Paracüdoçu Şəhanə Hacıyevanın dünya çempionatından əvvəl tibbi təsnifatdan keçə bilməməsi xeyli müzakirə olundu. Bu hadisə ilə bağlı Milli Paralimpiya Komitəsinin mövqeyi necədir?

- Bir çox paralimpiyaçımızın yaşının artması və tibbi təsnifat qaydalarında edilən dəyişikliklər ölkəmizdə yeni paralimpiyaçı nəslinin formalaşmasını zəruri edir. Yenilənmiş tibbi təsnifat qaydalarına adaptasiya olunması prosesinə Milli Paralimpiya Komitəsi tərəfindən həssaslıqla yanaşılır. Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris-2024 Yay Paralimpiya Oyunlarınadək olan dövrdə və Paris Paralimpiadanın özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edildi. Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarıldı. Bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) tərəfindən paracüdoçularımız yenidən tibbi təsnifata cəlb edildi. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi paracüdo yarışlarında təmsil edib. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən dünya çempionatından əvvəl Şəhanə Hacıyeva növbəti dəfə tibbi təsnifata çağırılıb. Paris-2024 Paralimpiadasının tsiklı zamanı iki tibbi təsnifatda “CNC” ("classification not completed", yəni, təsnifat təsdiqlənməyib - red) statusu alması səbəbilə yarışlarda çıxış edə bilməyən Hacıyeva növbəti dəfə eyni statusda qaldığı üçün “NE” ("non eligible", yəni, uyğun gəlməyən - red) statusu ilə növbəti turnirlərdə mübarizə aparmayacağı dəqiqləşib. O, birbaşa “NE” statusu təyin edildiyi üçün yox, 3 dəfə “CNC” statusu təyin edildiyi üçün yarışlardan kənar qalacaq. Şəhanənin tibbi təsnifatdan keçə bilməməsi onun əvvəlki uğurlarına kölgə salmamalıdır.

Milli Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik. Komitə yeni idmançı nəslinin formalaşdırılması, istedadların üzə çıxması və paraidman növlərinin təbliğatı üçün Gənclər və İdman Nazirliyi və idman federasiyaları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində işlər görür. Həmçinin Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında da münasibətlər qurulub. Əsas hədəfimiz təbii ki, bütün paraidman növlərində əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

- Paracüdoda Azərbaycanın 2 qat Paralimpiya çempionu və 3 dəfə Oyunların bürünc medalçısı olan İlham Zəkiyev kimi idmançısı var...

- Bəli, düzgün vurğuladınız. İlham Zəkiyev nəinki paracüdoda, bütün Paralimpiya dünyasında əfsanəvi idmançı hesab olunur. İlham Zəkiyevin paracüdoda olan əvəzsiz təcrübəsindən yeni paracüdoçu nəslinin formalaşmasında istifadə etməyə çalışacağıq. İlin sonunadək onun yeniyetmə və gənc paracüdoçular ilə ustad dərsini təşkil etmək və müxtəlif görüşlər keçirmək planlarımız var. İnanırıq ki, gələcəkdə İlham Zəkiyev kimi yeni çempionlarımızın yetişməsinə nail olacağıq.

- Bəs yeni paralimpiyaçı nəslinin formalaşdırılması üçün hansı işlər görülür?

- Ötən ilin sonu təşkil edilən Uşaq Paralimpiya Oyunları, Paralimpiya çempionlarımız ilə yeniyetmə idmançıların ustad dərslərinin təşkili yeni paralimpiyaçı nəslinin üzə çıxması məqsədi daşıyır. Sevindirici haldır ki, ötən ilin sonu Sumqayıtda baş tutan Uşaq Paralimpiya Oyunlarında 130-dan çox uşaq 6 idman növündə mübarizə apardı. Paratekvondo və paraüzgüçülük idman növlərində Paralimpiya çempionlarımız İmaməddin Xəlilov ilə Raman Salei tərəfindən yeniyetmə paralimpiyaçılara ustad dərsi təşkil edildi.

- Yeniyetmə və gənc paralimpiyaçılarımızın son illərdə hansı nəticələrini fərqləndirərdiz?

- Ötən il yeniyetmə paralimpiyaçılarımız Bəhreyndə keçirilmiş Gimnaziada İdman Oyunlarında paracüdo və paraüzgüçülük idman növlərində 3 qızıl, 5 gümüş və 1 bürünc medal qazanmışdı. Bu il isə Serbiyada keçirilmiş analoji yarışda parabadminton və paraüzgüçülük idman növlərində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə etdik.

- Müxtəlif növlərdən danışsaq, yeniyetmə və gənc paralimpiyaçılarımızdan kimlərin adlarını çəkə bilərsiniz?

- Paracüdoda Hüseyn İsmayılzadə, Ömər Qurbanov, Elnarə Nizamlı, paraüzgüçülükdə Əli Vəliyev, Murad Məmmədov, Nurcan Rüstəmli, Könül Süleymanova, parabadmintonda İbrahim Əliyev, Zəhra Salmanlı, Ayan Əliyeva, Əli Məhərrəmov, parataekvondoda Sabir Zeynalov, Orxan Cəfərov, Amin Şıxalıyev kimi yeniyetmə və gənc paralimpiyaçılarımızın bir çoxu artıq beynəlxalq arenada mükafatçılar sırasında yer alıblar. Gənc paraüzgüçülərimiz bu ay Fransanın paytaxtı Parisdə təşkil edilmiş Dünya Seriyasında gücünü sınadı. Yeniyetmə idmançımız Əli Vəliyev mübarizə apardığı bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatdı. Ötən həftə parapauerliftinq üzrə Dünya Kubokunda çıxış edən paralimpiyaçılarımız 3 qızıl və 3 gümüş medal qazandılar. Gənc parapauerliftinqçilərimiz Rəsul Zəkiyev, Talıb Zeynalov və Zəhra Dadaşova fəxri kürsüyə yüksəldi.

Paris Paralimpiadasında parataekvondo üzrə milli komandamızın qazandığı uğurlar bu idman növünə olan marağı artırdı. Artıq bu ilin ilk 2 yarışında mübarizə aparan gənc parataekvondoçularımız Orxan Cəfərov və Sabir Zeynalov Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışlarda iki bürünc medal qazanıb. Son Uşaq Palimpiya Oyunlarında qızıl medal qazanan 16 yaşlı parataekvondoçumuz Səmayə Həsənova milli komandamızın heyətinə cəlb olunub.

- Paralimpiyanın qış idman növləri ilə bağlı nə deyə bilərsiniz?

- Vətən müharibəsi iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi idman növünə cəlb olunub. Paralimpiyaçımız artıq iki yarışda özünü yaxşı tərəfdən göstərib və final mərhələsində çıxış etmək təcrübəsi qazanıb. Həmçinin aktivinə reytinq xalları əlavə edib. İlin sonunadək yenilənmiş saytımız fəaliyyətə başlayacaq. Məqsədimiz Paralimpiya hərəkatının geniş təbliğidir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 May 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri