Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın futbolçusui: “Tezliklə meydanda əvvəlki Kuzmanoviçi görəcəksiniz” MÜSAHİBƏ

“Araz Naxçıvan”ın futbolçusui: “Tezliklə meydanda əvvəlki Kuzmanoviçi görəcəksiniz” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Miço Kuzmanoviçin Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXXIII turunda “Sabah”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Maraqlı oyun alındı. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Bizim üçün də vacib matç idi. Qalib gəlsəydik, bürünc medalları qazanmaq yolunda böyük addım atmış olacaqdıq. Yekunda heç-heçə qeydə alındı. Düşünürəm ki, 1:1 ədalətli nəticədir.

- Qələbə qazanmaq üçün nə çatışmadı?

- Yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik. Fərqlənmək üçün bir neçə şansımız var idi. Təəssüf ki, ikinci dəfə rəqib qapısına yol tapmaq mümkün olmadı. Hesabı 2:0 etsəydik, işimiz daha asan olardı.

- Artıq neçənci oyundur ki, “Araz-Naxçıvan” hesabı açdıqdan sonra nisbətən geri çəkilir və qapısında qol görür. Bu, nədən irəli gəlir?

- Dəqiq bir söz demək çətindir. Ola bilər ki, psixoloji təzyiqdir. Bəlkə də mövsümün sonudur deyə, güc çatışmır. Hesabı açdıqdan sonra rəqib üstünlüyü ələ alır və fərqlənir. Halbuki hesab arasındakı fərqi artıra bilsək, belədə daha yaxşı nəticələr qazanarıq.

- Sona 3 tur qalıb və “Turan Tovuz”la aranızdakı xal fərqi 6-ya bərabərdir. “Araz-Naxçıvan”ın bürünc medal qazanmaq şansını necə dəyərləndirirsiniz?

- Şansımız kifayət qədər yüksəkdir. Bir qələbə bizə kifayət edə bilər. Sona 3 tur qalıb və hər matçda qələbə qazanmaq istəyirik. Bütün mövsümü ilk üçlükdə keçirmişik. Ona görə də şansımızı əldən verə bilmərik. Var gücümüzü toplayıb qarşıdakı matçlarda yaxşı nəticələr qazanmalı və mövsümü ilk üçlükdə başa vurmalıyıq.

- Növbəti turda artıq çempionluğu təmin edən “Qarabağ”la qarşılaşacaqsınız...

- Çox çətin oyun olacaq. “Qarabağ”ın gücü hamıya məlumdur. Çempion olsalar da, hər matça ciddi yanaşırlar. Ona görə də bizi çox çətin bir qarşılaşma gözləyir.

- Kubokdan fərqli olaraq çempionatda “Qarabağ”a qalib gələ bilməməsiniz. Ağdam klubu ilə mövsümün son matçında uğursuz seriyaya son qoymaq mümkün olacaq?

- Bəli, bu haqda məlumatımız var. “Qarabağ” çox ciddi rəqibdir. Heyətlərində güclü futbolçular var. Onlara qarşı necə oynamaq lazım gəldiyini bilirdik. Qeyd etdiyiniz kimi, “Qarabağ”a qarşı mövsümün son oyunudur. Əlimizdən gələni etməliyik ki, yaxşı nəticə qazanaq.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz? Zədə səbəbindən uzun müddət kənarda qaldınız...

- Təxminən 2-3 ay oynamadım. Bu qədər müddət kənarda qaldıqdan sonra müəyyən çətinliklər olur. İndi özümü yaxşı hiss edirəm. Düşünürəm ki, hazıram. Həm meydana çıxmağa, həm də komandama kömək etməyə.

- Yəqin razılaşarsınız ki, ötən mövsüm daha yaxşı çıxış edirdiniz. Həmin Miço Kuzmanoviçi yenidən nə vaxt görəcəyik?

- Mən də bunu arzulayıram (gülür). Fikrinizlə rzıyam. Bu mövsüm çıxışım tam istədiyim kimi alınmadı. Amma hələ 3 tur var. Bu matçlarda əlimdən gələni edəcəm. İnanıram ki, tezliklə meydanda əvvəlki Kuzmanoviçi görəcəksiniz.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri