Icma.az
close
up
RU
Baş katib: TDT daxili ticarətin həcmini 10 % ə qədər artırmağı hədəfləyir

Baş katib: TDT daxili ticarətin həcmini 10 % ə qədər artırmağı hədəfləyir

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələr arasında daxili ticarətin həcminin 10 %-ə (ümumi dövriyyədə) çatdırılması kimi iddialı hədəf qoyub.
Reyting.az
Report-a istinadla xəbər verir ki, bunu TDT-nın Baş katibi Kubanıçbek Ömüralıyev “Euroreporter”a müsahibəsində bildirib.
"...hazırda TDT-yə üzv dövlətlər arasında daxili ticarətin həcmi təxminən 7 % (2024-cü ildə bu ölkələrin ümumi ticarət dövriyyəsi 850 milyard ABŞ dolları təşkil edib) və ya 58,17 milyard ABŞ dollarına yaxın olub. Bir neçə il əvvəl bu göstərici cəmi 3 % idi, buna görə də ümidverici artım müşahidə edirik. İndi hədəfimiz bu payı mümkün qədər tez bir zamanda 10 %-ə çatdırmaqdır", - Baş katib qeyd edib.
Onun sözlərinə görə, ticarət dövriyyəsinin artırılması üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) kimi layihələrin həyata keçirilməsi də daxil olmaqla, nəqliyyat və logistikada maneələrin aradan qaldırılması istiqamətində iş aparılır: "Orta Dəhliz boyunca infrastrukturun təkmilləşdirilməsi nəticəsində 2030-cu ilə qədər daşınan yüklərin həcminin üç dəfə artaraq 11 milyon tona çatacağı gözlənilir".
O qeyd edib ki, bu gün nəqliyyat və gömrük əməkdaşlığında əhəmiyyətli uğurlar əldə edilib: "Sadələşdirilmiş gömrük dəhlizi, Beynəlxalq kombinə edilmiş yük daşımaları kimi sazişlər və rəqəmsallaşdırma sahəsində təşəbbüslər (E-Permit, E-CMR və E-TIR) logistikanı optimallaşdırmağa və ticarətin səmərəliliyini artırmağa kömək edir. Bütün bu səylər regional iqtisadi inteqrasiyanı dərinləşdirmək və üzv dövlətlərimiz arasında ticarət axınlarını yaxşılaşdırmaq kimi qarşıya qoyduğumuz daha böyük hədəfə nail olmağa kömək edir".
K.Omuraliyev əlavə edib ki, TDT ölkələri tranzit üçün körpü rolunu oynayaraq təkcə malların hərəkətini asanlaşdırmağa deyil, həm də Şərq və Qərb arasında iqtisadi əməkdaşlığa və qarşılıqlı rifaha töhfə verməyə hazırdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri