Saxta sənədlə Azərbaycandan Rusiyaya görün nə aparmaq istədilər Foto
Icma.az bildirir, Bizim media portalına istinadən.
Azərbaycan-Rusiya sərhədində saxta müşayiətedici sənədlərdən istifadə etməklə Rusiyaya avtomobil ehtiyat hissələrinin çıxarılması cəhdinin qarşısı alınıb. Aşkarlanan yükün ümumi çəkisi 23,6 tondan çox olub.
Bizim.Media xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hadisə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.
Avtomobil ehtiyat hissələri “Mercedes” və “Renault” markalı iki yük maşınına baxış keçirilərkən aşkarlanıb.
“Mercedes” markalı yük avtomobilində 9 ton 200 kiloqram, “Renault” markalı avtomobildə isə 14 ton 445 kiloqram məhsul olub.
Yüklərə aid sənədlərin yoxlanılması zamanı sürücülərin təyinat ölkəsinin dəyişdirildiyi saxta müşayiətedici sənədlər təqdim etdikləri müəyyən edilib.
Hər iki sürücü saxlanılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Noyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















