Icma.az
close
up
RU
Cəbrayılda iş tapa bilmədiyini deyən qadınla bağlı Rəsmi açıqlama

Cəbrayılda iş tapa bilmədiyini deyən qadınla bağlı Rəsmi açıqlama

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəbrayıl rayonunun Şükürbəyli kənd sakini Samirə Rüstəmova işlə təmin olunmamasından şikayətlənir.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq bu ilin mayında Cəbrayılda keçirilən görüş zamanı ona yeni mənzili təhvil verildikdən sonra işlə təmin edilməsi ilə də bağlı müvafiq göstəriş verildiyini bildirib. 
Lakin dəfələrlə məşğulluq idarəsinə müraciət etməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb.

“Bu günə qədər mənə heç bir köməklik göstərilməyib. Halbuki mən tək qadınam, iki övladım var, onları təkbaşına böyüdürəm. Övladlarım universitet tələbələridir və mənim heç bir yerdən gəlir mənbəyim yoxdur”, - deyə S.Rüstəmova əlavə edib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən hər bir əmək qabiliyyətli məcburi köçkünlə məşğulluq orqanı tərəfindən görüş keçirilir və onların aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır: 
“Cəbrayıl rayonu, Şükürbəyli kəndinə cari ilin may ayında köç etmiş Rüstəmova Samirə Yusif qızı ilə də elə həmin ay görüş keçirilib və o, özünüməşğulluq proqramının “Qadın gözəllik salonu” zərfi üzrə müraciət etmək istədiyini bildirib. Lakin onun faktiki olaraq adında aktiv VÖEN-in olduğu, işsiz şəxs olmadığı müəyyən edilib və bu səbəbdən may ayında özünüməşğulluq proqramına cəlb edilməyib. Çünki bu proqrama işsiz və işaxtaran şəxslər cəlb edilirlər. Sonrakı dövrdə təkrar müraciət zamanı isə o, müvafiq özünüməşğulluq zərfində nəzərdə tutulmayan avadanlıq istəyib və bu avadanlıq olmadan proqrama cəlb edilmək istəmədiyini qeyd edib.
Sentyabr və oktyabr aylarında Samirə Rüstəmova ilə məşğulluq vəziyyətinin öyrənilməsi üçün iki dəfə əlaqə saxlanılarkən o, hər dəfə Bakı şəhərində olduğunu və işlədiyini bildirib. Bu ilin sentyabr ayında onun anası Rüstəmova Gülzar İslam qızı da özünüməşğulluq proqramına müraciət edib. Lakin Gülzar Rüstəmova faktiki məşğul şəxs hesab edildiyi üçün proqrama cəlb edilməyib. 
Qeyd edək ki, hazırda Samirə Rüstəmovanın ailə tərkibi  5 nəfərdən (özü, ata-anası, iki övladı) ibarətdir. Ata və anası yaşa görə aylıq pensiya (978 manat) ilə təmin edilirlər. İki övladından biri tələbədir, digər övladı isə əmək müqaviləsi ilə işləyir.
Samirə Rüstəmova işsiz və işaxtaran olduğu halda və məşğulluq orqanına müraciət edəcəyi təqdirdə işlə təminatına, habelə əgər istəyi olarsa, özünüməşğulluq proqramı çərçivəsində kiçik biznesinin qurulmasına dəstək göstəriləcək”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Noyabr 2026 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri