Baş məşqçi: Dünya Kuboku inkişaf baxımından üzgüçülərimiz üçün mühüm imkanlar yaradacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan üzgüçüləri Dünya Kubokuna uzun müddətdir hazırlaşırlar. Avqust ayında keçirilmiş “Ganja Cup” turniri yaxşı sınaq oldu. Dünya Kubokunun üzgüçülərimiz üçün yüksəksəviyyəli yarış olduğunu etiraf etməliyik. Bu turnir dünyanın ən güclü üzgüçülərini yaxından izləmək, onların təcrübəsindən yararlanmaq və onlarla mübarizə apararaq ustalıq fərqini azaltmaq baxımından mühüm imkan yaradacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Luka Qabrilo deyib.
İsveçrəli mütəxəssis bildirib ki, yarış üçün komandanın heyətinə 16 üzgüçünün cəlb olunması nəzərdə tutulub: “Yaşları 14-24 arasında dəyişən idmançıların əksəriyyəti karyerasının ilkin mərhələsində olan gənc üzgüçülərdir. Bu cəhətdən yarış onlar üçün beynəlxalq arenada təcrübə toplamaq və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək mənasında olduqca əhəmiyyətlidir.
Dünya Kubokunda iştirakın əsas məqsədlərindən biri dünyanın aparıcı üzgüçülərini canlı izləmək, onların çıxışlarından motivasiya almaq və öz göstəricilərini inkişaf etdirməkdir. İdmançılar üçün beynəlxalq səviyyəli üzgüçülərlə eyni yarış mühitində olmaq, eləcə də axşam proqramında üzmək imkanı əldə etmək də mühüm təcrübə olacaq. Komandanın Dünya Kubokunun digər mərhələlərində iştirak etməsi hazırda planlaşdırılmır”.
Qeyd edək ki, yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bakı mərhələsində dünyanın güclü üzgüçüləri müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Müxbir – Cavid Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 21 Sentyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















