“Baş məşqçi məcburdu ki, bir saat otursun, jurnalistlərin boş boş suallarına cavab versin?” İntizam Komitəsinin sədrindən qəribə cavab
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında gözlənilməz hadisələr baş verdi.
“Araz-Naxçıvan” – “Qarabağ” matçında Qurban Qurbanov Elçin Məsiyevin penalti qərarına kəskin etiraz etdi, hətta əlindəki planşeti yerə çırpdı. “Neftçi” – “Sabah” matçından sonra isə “bayquşlar”ın baş məşqçisi Vasili Berezutski hakimlərdən narazılığının acığını jurnalistlərdən çıxdı. Belə ki, rusiyalı mütəxəssis jurnalistlərin suallarını dinləmədən konfrans otağını tərk etdi.
Maraqlıdı ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında baş məşqçilərin heç biri cəzalanmayıb. Ümumiyyətlə, bu məsələlər necə tənzimlənməlidi? Planşet sındıran baş məşqçi cəzalanmamalıdımı? Hansısa baş məşqçi sualları cavablamadan gedə bilərmi?
Bu sualları AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova ünvanladıq:
“Mənim işim həddən artıq işim çoxdu. Təkcə İntizam Komitəsinin sədri deyiləm, SOCAR-da da çalışıram. Hər sualı cavablamağa vaxtım yoxdu. İntizam Komitəsində verilən qərarların hər biri doğrudu. Həmin qərarlar da İntizam Məcəlləsində yer alıb. Hər şeyə görə cərimə verilmir. Baş məşqçi məcburdu ki, bir saat otursun, jurnalistlərin boş-boş suallarına cavab versin? Mən artıq yoruluram. İntizam Məcəlləsini əldə edin, baxın və konkret nə lazımdısa, məktubla müraciət edin”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















