Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünə hazırlıq başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, noyabrın 18-19-da Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında mümkün üçtərəfli görüşə hazırlıq işləri aparılır.
Uşakov qeyd edib ki, sammit çərçivəsində Putinlə Tramp arasında ayrıca ikitərəfli görüş barədə hələlik razılıq əldə olunmayıb.
“Biz bu görüşü hələ razılaşdırmamışıq. Çünki indiyədək söhbət üçtərəfli təmasdan gedib. Əgər iki prezident eyni məkandadırsa, ən azı bir-birini salamlayacaq, söhbət edəcək və protokol tədbirləri zamanı ünsiyyətdə olacaqlar. Belə böyük beynəlxalq sammitlər bunun üçün yaxşı imkan yaradır”, – Kremlin rəsmisi vurğulayıb.
Uşakov həmçinin bildirib ki, Putinin Tramp tərəfindən dəvət olunduğu Mayamidə keçiriləcək G20 sammitində iştirakı Şençjendəki APEC sammitinin nəticələrindən asılı olacaq.
“Əvvəlcə noyabr, sonra dekabr gəlir”, – o əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 25 Oktyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















