Baş nazir Endryunun taxt tac varisliyindən çıxarılmasını istəyib
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Kanadanın Baş naziri Mark Karni Böyük Britaniya kral ailəsinin üzvü Endryu Mountbatten Vindzorun taxt-tac varisliyi siyahısından çıxarılması ilə bağlı çağırış edib.
BBC xəbər verir ki, hazırda keçmiş York hersoqu titulundan məhrum edilən Endryu Mountbatten Vindzor qalmaqallara baxmayaraq, hələ də Böyük Britaniya taxtına varislik siyahısında səkkizinci yerdə qalır.
Endryu ötən ilin oktyabrında amerikalı maliyyəçi və pedofiliya qalmaqalında adı hallanan Ceffri Epşteyn ilə əlaqələrinə görə ictimai təzyiqlərdən sonra rəsmi titullarından məhrum edilmişdi. Keçən ay isə o, Epşteynə məxfi məlumatlar ötürməkdə ittiham olunaraq dövlət vəzifəsində qeyri-qanuni davranış şübhəsi ilə saxlanılmışdı.
Jurnalistlərə açıqlama verən Mark Karni bildirib ki, şahzadə Endryunun qəbuledilməz hərəkətləri onun taxt-tac varisliyi siyahısından çıxarılmasını zəruri edir.
“Onun varislik siyahısında aşağı mövqedə olmasına baxmayaraq, prinsip məsələsi olaraq bu addım atılmalıdır”, – deyə Baş nazir vurğulayıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 08 Mart 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















