Baş nazir: Məqsədimiz gələcək nəsillərin COP29a dönüş nöqtəsi kimi baxmasına nail olmaqdır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"Tayvanın da iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə cəlb olunmasını təklif edirik".
APA xəbər verir ki, bunu Esvatininin Baş naziri Rassel Miso Dvamini "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində səsləndirib.
Hökumət başçısı əsas COP29-da diqqətin maliyyə hədəflərinin reallaşmasından ibarət olduğunu söyləyib:
"BMT-nin Adaptasiya üzrə hesabatında bildirilir ki, növbəti illərdə bu tədbirlərin həyata keçirilməsi üçün 10 milyardlarla dollar vəsait tələb olunur. Bunun üçün bütün imkanlar səfərbər olunmalı, təbiətin məhvinə imkan verilməməlidir. Biz Tayvanın da iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə cəlb olunmasını təklif edirik. Görüləcək işlər çoxdur, lakin maliyyə çatışmazlığı buna mane olur. Əsas məqsədimiz gələcək nəsillərin bu sammitə iqlim dəyişikliyi sahəsində dönüş nöqtəsi kimi baxmasına nail olmaqdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















