Icma.az
close
up
RU
Baş nazir və hökumət üzvləri parlamentə gəldi MÜZAKİRƏLƏR BAŞLADI

Baş nazir və hökumət üzvləri parlamentə gəldi MÜZAKİRƏLƏR BAŞLADI

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

2025-ci ilin büdcə müzakirələri başladı; növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır

Noyabrın 25-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin və büdcə zərfinin müzakirə olunduğu iclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdi.

Spiker bildirdi ki, bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir: “Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz COP29 Konfransı ilə əlaqədar, bayaq da qeyd etdiyim kimi, yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir. Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizin ön sıralarındadır. Məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir. İnsanların rifah halı daha da yaxşılaşdırılır, əməkhaqları və pensiyalar artırılır, keyfiyyətli səhiyyə və təhsilin əlçatanlığı təmin edilir”.

S.Qafarova qeyd etdi ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub: “Büdcə iqtisadi tərəqqi ilə  sosial məsuliyyətin tarazlığına əsaslanır.  Və dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını nümayiş etdirən ən mühüm göstəricilərdir. Məmnunluqla qeyd etmək olar ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə - müvafiq olaraq, 38,3 milyard manat və 41,4 milyard manata yaxın məbləğdə proqnozlaşdırılır. 2025-ci ilin dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. Və əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq”. 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmraslanov bildirdi ki, 2025-ci ilin dövlət büdcəsi Prezidentin müəyyən etdiyi təşəbbüsləri, milli inkişaf predmetlərindən irəli gələn sosial iqtisadi hədəfləri əhatə edir.  Komitə sədri növbəti ildə ÜDM-in 3-4 faiz artacağını dedi. Eyni zamanda bildirdi ki, 2025-ci ildə inflyasiyanın 4-6 faiz olacağı gözlənilir: “Büdcə kəsiri 3 milyarddan bir az çox olacaq. Dövlət büdcəsinin 49 faizi neft, 51 faizi isə qeyri-neft sektorundan gələcək. Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı gələn il də davam etdiriləcək. Minimium əmək haqqı və pensiyaların artırılması, pensiyaların indeksləşdirilməsi gözlənilir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir”.

A.Əmiraslanov bildirib ki, hazırda ölkənin valyuta ehtiyatları 73 milyard ABŞ dolları təşkil edir: “Bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun dəyərinə bərabər olmaqla 5,3 milyard ABŞ dolları təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur”. Komitə sədri qeyd edib ki, Azərbaycanın büdcəsinin sosial xərcləri Ermənistanı 50 faiz üstələyir.

Maliyyə naziri Samir Şərifov büdcə barədə əhatəli çıxış etdi: “2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 367,7 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,0 milyon manat və ya 4,1 faiz çoxdur. Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1928,0 milyon manat və yaxud 5,3 faiz çoxdur. Dövlət gəlirlərinin 49 faizi və ya 18773,0 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19543,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür, bu isə cari illə müqayisədə 924,0 milyon manat və yaxud 5 faizdən artıqdır".

Nazirin çıxışında diqqətə çatdırılıb ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti hesabına 14481.0 milyon manat gəlirlər təmin olunacaq: “Gələn il vergi orqanlarının xətti ilə 15500,0 milyon manat məbləğində daxilolmalar nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 230,0 milyon manat və ya 1,5 faiz çoxdur. O cümlədən qeyri-neft sektoru üzrə 11670,0 milyon manat, cari illə müqayisədə 980,0 milyon manat və ya 9,2 faiz çox vəsaitin daxil olması nəzərdə tutulur. Gömrük orqanlarının xətti ilə büdcəyə 6600,0 milyon manat, cari illə müqayisədə 165,0 milyon manat və ya 2,6 faiz çox daxilolmanın təmin edilməsi nəzərdə tutulur. 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3052,0 milyon manat məbləğində nəzərdə tutulub. Cari illə müqayisədə 303,0 milyon manat və ya 9 faiz artacaq. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək. Büdcə kəsrinin maliyyələşdirilməsi ənənəvi mənbələr hesabına - özəlləşmədən daxilolmalar, daxili və xarici borclanma və 2025-c ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının və məqsədli büdcə fondlarının sərbəst qalığı hesabına örtülməsi nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, digər prioritet istiqamət - Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893  milyon manat və investisiyayönümlü layihələr üçün 1100,0 milyon manat, cəm olaraq 1993,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: ""Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər icrası üçün 150 milyon manat vəsait ayrılacaq".

S.Şərifovun sözlərinə görə, büdcə layihəsində digər prioritet sahə olan - təhsil xərclərinə 4946,0 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 396,0 milyon manat və ya 8,7 faiz çoxdur: “Gələn il dövlət və icmal büdcələrində səhiyyə xərcləri üçün ümumilikdə 3525.0 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2024-cü ilə nisbətən 5,3 faiz çox deməkdir. Səhiyyə xərclərinin dövlət büdcəsində çəkisi 4,8 faiz olmaqla, 2024-cü ilə nisbətən 0,1 faizdən çox yüksələcək”.

Bildirildi ki, sosial müdafiə və sosial təminat xərcləri üçün sosial müdafiə və sosial təminat xərcləri üçün 4812,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 9,6 faiz və ya 420,0 milyon manat çoxdur: “Bir sıra təqaüdlərin maliyyələşdirilməsi  üçün 1943,0 milyon manat, ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457,0 milyon manatın ayrılması nəzərdə tutulub. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla, 635,0 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və yaxud 10,4 faiz çox deməkdir. Növbəti ildə muzeylərin, qoruqların, kitabxanaların, mədəniyyət mərkəzlərinin, habelə musiqi kollektivlərinin maliyyə təminatı, kino ilə bağlı xərclər, həmçinin xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanması üçün 242,0 milyon manat nəzərdə tutulub. Bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 69,0 milyon manat, cari illə müqayisədə 20,0 milyon manat, 39,5 faiz çox vəsait nəzərdə tutulub. Turizm fəaliyyətinin stimullaşdırılması üçün 65,0 milyon manatın ayrılması nəzərdə tutulub”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, ölkəmizdə adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir. Nazirin sözlərinə görə, Azərbaycanda iqtisadi artıma yönəlmiş struktur islahatları uğurla davam edir: “Həm son illərdə, həm də cari ildə Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf nümayiş etdirir, ölkəmizin ixrac imkanları genişlənməkdədir. Ölkədə real ÜDM 14,4 faiz, qeyri-neft sektorunda isə ÜDM-nin 1,3 dəfə artması gözlənilir. Adambaşına düşən ümumi daxil məhsul COVİD-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”.

M.Cabbarov bildirdi ki, son illərdə ölkə iqtisadiyyatının neft qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə edilir: “2018-ci ildə neft hasilatının həcmi 38,8 milyon ton olub. 2024-cü ildə isə 29,2 milyon tondur. 2014-cü ildə brend markalı neftin qiyməti 99 ABŞ dollar olub. 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft gəlirlərinin büdcə gəlirlərində payı 49%-ə enib. Müsbət meyillərdən biri də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsidir”.

Nazir qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına ümumən 46 müəssisə daxil edilib: “Burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”. M.Cabbarov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir. Nazirin sözlərinə görə, özəlləşdirmə nəticəsində cari ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub.

M.Cabbarov çıxışında bildirdi ki, Azərbaycanın valyuta ehtiyatları 73 milyard dollara çatıb.

Müzakirələr zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirdi ki, 2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır: “Bu, iqtisadi aktivlik üçün əlverişli şərait yaradır”. T.Kazımovun sözlərinə görə, növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Baş bankir qeyd etdi ki, iqtisadi artım üzrə gözləntilərdə nikbinlik müşahidə edilir: “Ölkəmizin əksər ticarət tərəfdaşlarının da ilin sonuna iqtisadi artım proqnozları yüksəlib. Apardığımız təhlillər göstərir ki, 12 aylıq inflyasiya göstəriciləri apardığımız antiinflyasiya tədbirlərindən də təsirlənib. Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 % idi. İnflyasiya təzyiqlərinin azalmasını nəzərə almaqla, Mərkəzi Bank pul siyasətini həm də kəmiyyət baxımından yumşaldıb. Mərkəzi Bank cari ildən başlayaraq sterelizasiya əməliyyatlarının həcmini kəskin azalıb. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib. 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə əlçatanlılığı diqqətdə saxlanılıb”.

Büdcə müzarələri bu gün davam edəcək.
“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Noyabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri