Icma.az
close
up
RU
Baş nazir yeni qərar imzalayıb

Baş nazir yeni qərar imzalayıb

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması Qaydası təsdiqlənib. Bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Maliyyə Nazirliyi bu qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə "Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması qaydası
Bu qayda Azərbaycan Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 5.7-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanmasının ümumi normalarını müəyyən edir.

Bu Qaydanın məqsədi sektorlar üzrə strateji planların hazırlanması prosesinin əsas mərhələlərini, həmin planların strukturunu, onların icrası üzrə hesabatlılığı və monitorinqi müəyyən etməkdir.

Sektor üzrə strateji planın strukturu

Sektor üzrə strateji plan strateji və risk təhlillərinin nəticələri əsasında hazırlanan sektor üzrə ortamüddətli strateji siyasətdən və sektor üzrə icmallaşdırılmış büdcə planından ibarətdir.

Strateji təhlildə ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınır. Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilir.

Risk təhlilində sektor üzrə aparıcı qurum tərəfindən sektor qarşısında ortamüddətli dövrdə yarana biləcək, habelə sektor üzrə ortamüddətli hədəflərə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklər müəyyən edilir və onların qarşısının alınması (mitiqasiyası) və ya həmin təsirlərə uyğunlaşmanın (adaptasiyanın) təmin edilməsi üçün zəruri olan tədbirlər əks olunur.

Sektor üzrə strateji planın hazırlanması

Sektor üzrə aparıcı qurum strateji və risk təhlilləri əsasında sektor üzrə ortamüddətli strateji siyasətini, o cümlədən investisiyayönümlü layihələrə dair təkliflərini hazırlayır və Azərbaycanın İqtisadiyyat Nazirliyi (bundan sonra – İqtisadiyyat Nazirliyi) ilə razılaşdırmaqla cari il mayın 1-dək həmin sektorda fəaliyyəti olan təşkilatları məlumatlandırır, yaxud öz rəsmi internet səhifəsində dərc edir. Qaydada qeyd olunan strateji sənədlərdə və ya sosial-iqtisadi inkişaf konsepsiyasında dəyişiklik olduğu hallarda sektor üzrə aparıcı qurum sektor üzrə ortamüddətli strateji siyasətində dəyişikliklər edir.

Sektor üzrə strateji planda sektor üzrə aparıcı qurum tərəfindən müəyyən edilmiş hər bir proqram (o cümlədən altproqram) müəyyən tədbir və layihələrdən ibarət olan büdcə planı əsasında həyata keçirilir. Büdcə planı çərçivəsində icra olunan tədbir və layihələr üzrə nəticə göstəriciləri ölçülə bilən və real vəziyyəti əks etdirən meyarlar əsasında müəyyən edilir və müvafiq proqram (altproqram) üzrə müəyyən edilən strateji məqsədə və ya hədəfə (aralıq hədəfə) nail olunmasını təmin edir.

Monitorinq və hesabatlılıq

Monitorinq və hesabatlılığın əsas məqsədləri sektorlar üzrə strateji planların icrası üzrə hesabatın və büdcə planlarının monitorinqinin nəticələrinin hazırlanması və təqdim edilməsi, habelə sektorlar üzrə strateji planlara daxil olan proqramların (altproqramların) həyata keçirilməsi və tədbirlərin (layihələrin) icrasında yaranmış problemləri, o cümlədən gözlənilən nəticələrə və ya hədəflərə (aralıq hədəflərə) nail olunmamasının səbəblərini təhlil etmək, onların həlli üçün zəruri tədbirlər görmək və tövsiyələr verməkdən ibarətdir.

Sektor üzrə aparıcı qurum sektor üzrə strateji plana daxil olan proqramlara (altproqramlara) dair müəyyən edilən məqsəd və hədəflərə (o cümlədən aralıq hədəflərə) nail olunmasına məsuldur və bu məqsədlə sektorda fəaliyyəti olan təşkilatların büdcə planlarının icrasına nəzarət edir
www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://anews.az
archiveBu xəbər 23 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

Böyük Britaniya ABŞ aviabazası üzərindən uçuşları məhdudlaşdırıb

29 Sentyabr 2026 08:08see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri