Icma.az
close
up
RU
Baş Prokurluğun heyəti BMT məclisində

Baş Prokurluğun heyəti BMT məclisində

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qətər Dövlətinin paytaxtı Dohada BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyası öz işinə başlayıb.

130-dan artıq dövlətin rəsmi heyətlərinin və çoxsaylı beynəlxalq və regional təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət geniş tərkibli nümayəndə heyəti iştirak edir.

Tədbirin ilk hissəsində Assambleyanın fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib, Assambleyanın yeni sədri və müavinləri seçilmişdir. Keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Konvensiyaya Tərəf Dövlətlərin 11-ci Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilib.

Assambleyanın ilk günündə Plenar iclasda çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı islahatlar həyata keçirilib. Bundan sonra o, ötən Assambleyadan keçən müddət ərzində qəbul edilmiş yeni qanunvericilik aktları barədə məlumat vermişdir. O həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı korrupsiya və əlaqəli cinayətlərdən də yan keçməyib.

Belə ki, cinayətkarlığın ənənəvi formaları ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə etməklə törədilən və mürəkkəbliyi ilə fərqlənən cinayətlərin də artım tendensiyası müşahidə edilir, bu sahədə ölkəmizin hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər barədə də məlumat verib.

Baş prokuror həmçinin qeyd edib ki, ölkəmiz bir sıra beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olmaqla yanaşı, qlobal tədbirlərin keçirildiyi mərkəzə də çevrilməkdədir. Bakı şəhəri cari ilin may ayında BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 6-cı Plenar iclasına ev sahibliyi edib, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin qatıldığı tədbirdə Şəbəkənin fəaliyyətinə töhfə verən bir sıra vacib sənədlər qəbul olunub. Növbəti ildə isə Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə Qurumlarının 3-cü iclasına ev sahibliyi edəcəkdir.

Sessiya öz fəaliyyətini dekabrın 19-dək davam etdirəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri